Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir. Kəndə il boyu avtomobillə getmək olar.[2]
Kənd müəyyən tarixi abidələrilə fərqlənir. Bunlardan biri Qalacıq yaxınlığında Səngər çayının sahilində IX-XIV əsrlərə aid olduğu ehtimal olunan “Qasım xan” qalası, yerli əhali içərisində “Səngər qalası” adlanan qalanın xarabalıqlarıdır. Qalanın kim tərəfindən tikilməsi məlum deyil. Sadəcə o məlumdur ki, qala müdafiə istehkamı xarakteri daşımışdır. XVIII-ci əsrin sonlarında Şamaxı xanı Mustafa xanla əmisi Qasım xan arasında baş verən ədavət zamanı Qasım xan dağ yolları ilə hal-hazırda xarabalıqları mövcud olan Səngər qalasına gəlmiş və buranı bərpa etdirmişdir. Kəndin yuxarı hissəsində yerləşən və xalq arasında “Pirdavud” adlanan qəbiristanlıq dövlət tərəfindən qorunur.[3]
Əhalisi ləzgilərdən ibarətdir.Rayonun şimal-qərb istiqaməində sonuncu yaşayış məntəqəsi olan Qalacıq kəndinin əhalisi 1689 nəfərdir ki onunda 818 nəfəri kişi, 871 nəfəri qadındır.Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıq, xalçaçılıqla məşğul olur.