Qabriel Kramer

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Qabriel Kramer
Gabriel Cramer
Doğum tarixi
Doğum yeriCenevrə, İsveçrə
Vəfat tarixi (47 yaşında)
Vəfat yeriBanol-syur-Sez, Fransa
Elm sahələririyaziyyat[1], fizika[1]
İş yeri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qabriel Kramer — İsveçrə riyaziyyatçı

İsveçrəli bir riyaziyyatçı olan Qabriel Kramer, 1704-ci ildə Cenevrədə anadan olmuşdur. Cenevrədə riyaziyyat və fəlsəfə professoru olmuşdur. Berlin akademiyasına və İngiltərə Kraliyyət Akademiyasına üzv seçilmişdir. "Cəbri əyrilərin analizinə giriş" adlı kitabı 1750-ci ildə nəşr olunmuşdur. Kramerin bu kitabı, analitik həndəsə sahəsində yazılan ilk kitablardan biridir. Kramerin ən böyük xidmətlərindən biri də, Jan və Jak Bernullilərin bütün kitabları ilə, Leybnitsin "Commerciu Epistolcum" adını daşıyan məktublarını bir araya gətirərək toplu halda nəşr etdirməsi olmuşdur.Bu gün tənlik sistemlərinin həll edilməsində istifadə edilən Kramer qaydası riyaziyyatçılara olduqca çox kömək edir.

Introduction à l'analyse des lignes courbes algébriques, 1750

Naviqasiya menyusu