Qızılhacılı (Qazax)

Qazax rayonunda kənd
Bu məqalə Qazax rayonunda yerləşən Qızılhacılı kəndi haqqındadır. Digər mənalar üçün Qızılhacılı səhifəsinə baxın.

QızılhacılıAzərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.

Kənd
Qızılhacılı
41°03′56″ şm. e. 45°10′16″ ş. u.
Ölkə Azərbaycan
Tarixi və coğrafiyası
Sahəsi11.0[1]
Mərkəzin hündürlüyü764 m
Saat qurşağıUTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi279[1] nəfər
Milli tərkibiAzərbaycanlılar
Rəsmi diliAzərbaycan dili
Xəritəni göstər/gizlə
Qızılhacılı xəritədə
Qızılhacılı
Qızılhacılı


Tarixi

Qızılhacılı kəndi Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunub və dağıdılıb. Hal-hazırda kəndin böyük hissəsi işğaldan azad olunub, lakin kəndin bir hissəsi hələ də cəbhə xəttində yerləşir. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. Bir gün əvvəl dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub.[2] Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.[3]

24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.[4]

Toponimikası

Əhalisi

Həmçinin bax

Xarici keçidlər

İstinadlar