Qürgen Yanıkyan

Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895[1][2], Ərzurum, Ərzurum vilayəti27 mart 1984[2] və ya 29 fevral 1984[3], Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili.

Qürgen Yanıkyan
Doğum tarixi
Doğum yeriƏrzurum, Osmanlı İmperiyası
Vəfat tarixi (88 yaşında)
Vəfat yeriKaliforniya, ABŞ
Vəfat səbəbiürək tutması
Milliyyətierməni
Təhsili
Fəaliyyətimühəndis, yazıçı

Həyatı

Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ–a köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.

Yanıkyan ABŞ–da bir neçə roman nəşr etdirir. 27 yanvar 1973–cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi:

"Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər"

Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax