Proxodna mağarası

Proxodna mağarası (bolq. Проходна) – Bolqarıstanın Loveç vilayətinin Lukovit bələdiyyəsinin Karlukovo kəndinin yaxınlığında, İskar dərəsində yerləşən karst mağarası. Mağara tavanındakı Tanrının gözləri adlı iki gözəbənzər dəliyi ilə məşhurdur.

Proxodna
Проходна
Tanrının gözləri.
Tanrının gözləri.
Ümumi məlumatlar
Uzunluğu262 m
Kəşf tarixi1962
Tipikarst
Giriş sayı2
Ziyarətçilər üçün əlçatılanbəli
Yerləşməsi
43°10′33″ şm. e. 24°04′23″ ş. u.
Ölkə
Proxodna xəritədə
Proxodna
Proxodna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Proxodna mağarası Karlukova dərəsində yerləşən məşhur görməli yerlərdən biridir. Həmin region Bolqarıstanda ən böyük karst regionlarından biridir və speleologiya üçün populyar məkandır.[1] Dördüncü dövrdə formalaşan Proxodna mağarası 262 metr uzunluğundadır və Bolqarıstandakı ən uzun mağara keçididir. Mağaranın iki girişi var və girişlər qarşı tərəflərdə yerləşir. Girişlər, uyğun olaraq, Böyük giriş və Kiçik giriş adlanır. Kiçik giriş 35 metr hündürlüyündə, Böyük giriş 42,5-45 metr hündürlüyündədir.[2] Mağaranın adı bolqar dilindən tərcümədə "Keçid mağarası" deməkdir.[3] Mağarada müxtəlif idman fəaliyyətləri də təşkil olunur.[4] Proxodna mağarasının qədim dövrlərdə insanlar tərəfindən Neolit və Mis dövrlərində məskunlaşıldığı güman olunur.[3]

Mağara Karlukovadan 2 kilomet uzaqlıqda yerləşir. Mağaraya Rumyantsevodan da çatmaq mümkündür və Kiçik girişin yanında avtomobil dayanacağı yerləşir. Proxodna mağarasının yaxınlığında daha uzun olan Temnata Dupka mağarası var.[3]

Tanrının gözləri

Proxodna mağarası tavanda yerləşən, bərabərölçülü, iki gözəbənzər dəliyi ilə məşhurdur. Eroziyadan yaranan bu dəliklər mağaranın işıqlanmasına səbəb olur. Quruluş Tanrının gözləri kimi tanınır. 1988-ci ilə aid "Zorakılıq vaxtı" bolqar filmində rahib bu gözlərin altında ibadət edir.[5]

Qalereya

İstinadlar