Portal:Qədim Şərq

Qədim Şərq portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

"Midiya" — (yunan. Μηδία) — e.ə. 728-ci ildən – e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.

Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi Məqaləni oxu...

redaktə  

Şəxsiyyətlər

[[Şəkil:|left|150px]] "Atropat" — (yun. Aτρoπάτης ) – Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı. Məqaləni oxu...
redaktə  

Seçilən şəkil

Piter Paul Rubensin çəkdiyi "Tomris Əfsanəsi" əsərində Tomrisin fars hökmdarı Kirin başını qan dolu qaba salması
redaktə  

Mədəniyyət

"Semiramidanın asma bağları" — dünyanın 7 möcüzəsindən biri. Dünyanın 2-ci möcüzəsi olan Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlaikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e. ə. 7-ci əsrdə padşah Navuxodonosor əmr etmişdi. Padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə salınan süni meydançada tikdirmişdi. Burdan 6 cərgə pilləvari terras - səki qalxırdı. Kərpicdən tikilən sıra dağlar üzərində qurulmuş bu terrasların hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi. Minlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı. Məqaləni oxu...
redaktə  

Bilirsinizmi

redaktə  

Abidələr

"Ur ştandartları" — Müharibə və sülh ştandartları - L. Vulli tərəfindən ekspedisiya zamanı şumer şəhəri Urda aparılan qazıntılar zamanı tapılmış dekorativ-illustrativ lövhələr. Hər bir lıvhə üzərində üç cərgədə sədəflə işlənilmiş şumerlərin həyat tərzini əks etdirir. Lövhələr e.ə. III minilliyə aid edilir. Ölçüləri eni 21.59 sm, uzunu 49,53 sm-dir. Bu lövhələr Britaniya muzeyinin inciləri sayılırlar. Məqaləni oxu...
redaktə  

Mifologiya • Tarix

Mifik tanrılar

redaktə  

Kateqoriyalar

redaktə  

Əlaqəli portallar


CoğrafiyaAsiyaQədim MisirQədim YunanıstanQədim Roma
Qədim Şərq Vikixəbərdə Qədim Şərq Vikisitatda Qədim Şərq Vikikitabda Qədim Şərq Vikimənbədə Qədim Şərq Vikilüğətdə Qədim Şərq Vikiversitetdə Qədim Şərq Vikianbarda
XəbərlərSitatlarDərsliklər və təlimat kitabçalarıMətnlərSözlərDərs resurslarıMediafayllar
Mənbə — "https:https://www.search.com.vn/wiki/index.php?lang=az&q=Portal:Qədim_Şərq&oldid=6502365"
🔥 Top keywords: Ana səhifəUEFA Avro 2024Qurban bayramıMübariz İbrahimovBayram namazıXüsusi:AxtarXüsusi:SonDəyişikliklərAzərbaycanFayl:Jön Türk Komitesi 1909.jpg1980-ci illər Azərbaycan filmlərinin siyahısıAzərbaycan əlifbasıUEFA Avropa ÇempionatıMirkazım KazımovHeydər ƏliyevKateqoriya:Əlifba sırasına görə futbolçularHəkimlər GünüSəhiyyə İşçiləri GünüAzərbaycanın dövlət bayramları və xüsusi günləriKateqoriya:Kişi adlarıBakı17 iyunMorze əlifbasıKarles Puçdemon18 iyunƏlifbaİlham ƏliyevQarabağ UniversitetiGənc türklərÖlkə paytaxtlarının siyahısıİslamda oral seksXəzər dəniziMəhəmmədVasif MəmmədzadəRumıniyaNiyaməddin MusayevAvstriyaAzərbaycanın inzibati bölgüsüFayl:A. F. Lydon Robinson Crusoe Plate 03 (1865).JPGUEFA Avro 2020