Polett Qoddar

Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser.

Polett Qoddar
ing. Paulette Goddard
Doğum adıMarion Goddard Levy
Digər adıMarion Polin Levi
Doğum tarixi
Doğum yeriKuins, Nyu-York, ABŞ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeriTiçino, İsveçrə
Vəfat səbəbiürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı
FəaliyyətiAktrisa
Fəaliyyət illəri1929–1972
IMDbID0002104
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur.

O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir.

Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.

Qoddarın növbəti işi "Paramount Pictures" kino şirkəti ilə olur. Bu şirkətlə müqavilə bağlayan Polett az sonra növbəti filminə çəkilir. 1939-cu ildə çəkilən bu filmin adı "Pişik və bülbül" adlanırdı.

Onun ən məşhur rolları Çarli Çaplinin çəkdiyi "Yeni zamanlar" (1936) və "Böyük diktator" (1940) filmlərdə olmuşdur. Məşhur "Küləklə sovrulanlar" filmində Skarlett O'Hara rolunu Polett ifa etməli idi [2]. Lakin Çaplinlə olan nikahının qeydiyyatının qeyri-müəyyən olması ilə bağlı müqavilə ləğv olunmuşdur.

"Böyük diktator" filminin uğurundan sonra elə həmin ildə (1940) Fred Estayrın "İkinci xor" müziklində çəkilir. Bu musiqili filmdə Polett əsas qadın rolunda çıxış edirdi. Polett Qoddar ilk və yeganə "Oskar"ını 1944-cü ildə almışdır.

1936-1942-ci illərdə Çarli Çaplinin, 1958-1970-ci illərdə isə Erix Mariya Remarkın həyat yoldaşı olmuşdur.

1950-ci illərdə onun karyerasında durğunluq yaranmışdır. 1958-ci ildə o, Remarka ərə gedir və onlar birlikdə İsveçrəyə köçürlər.

Polett Qoddar 1990-cı ildə 80 yaşının tamam olmasına 2 ay qalmış İsveçrədə vəfat etmişdir.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1929Yuxarı rəfdəBerth Marksqatar sərnişini
1933Roma qalmaqallarıRoman Scandalsqız
1936Yeni zamanlarModern Timesqız
1938Bütün qəlbilə gəncThe Young in HeartLesli Saunders
1939QadınlarThe WomenMiriam Aarons
1940Böyük diktatorThe Great DictatorHanna
1940İkinci xorSecond ChorusEllen Miller
1941Dan yerinin ağarmasını ləngidinHold Back the DawnAnita Dikson
1945KittiKittyKitti
1946Qulluqçunun gündəliyiThe Diary of a ChambermaidSelestin
1947MəğlubedilməzUnconqueredEbbi
1948Şən yolumuzlaOn Our Merry WayMarta
1949Anna LukastaAnna LucastaAnna Lukasta
1952Bağdaddakı uşaqlarBabes in BagdadKira
1953İezavelin günahlarıSins of Jezebelİezavel
1964Laqeydlik zamanıGli indifferentiMariya Qraziya

İstinadlar

.

Şəkilləri

Xarici keçidlər