Pinin həyatı (film)

Pinin həyatı 2012-ci ildə ABŞ-da çəkilmiş olan macəra-dram filmidir. Yann Martel tərəfindən 2001-ci ildə yazılmış olan eyniadlı romanın ekranlaşdırılmasıdır. Rejissoru Enq Li olan və David Magee tərəfindən süjet xəttinin ekanlaşdırılması təmin edilən filmdə baş rolları Suraj Sharma, İrfan Khan, Gérard Depardieu, Tabu və Adil Hussain canlandırılmışdırlar. Filmin süjet xətti 16 yaşlı Piscine Molitor "Pi" Patel adlı oğlanın Richard Parker adlı bir Benqal pələngi ilə Sakit Okeanda xilasedici salda sağ qalmağa çalışmasından bəhs edir. Film 11 nominasiya üzrə Akademiya Mükafatına namizəd olmuşdur.

Pinin həyatı
ing. Life of Pi
Janrfentezi filmi[d][1][2][…], dram filmi[3][4][…], macəra filmi[5][6][…], roman ekranlaşdırması[d]
Əsas mövzuTəklik[d]
Rejissor
Prodüser
Baş rollarda
Operator
  • Klaudio Miranda[d]
Bəstəkar
İstehsalçılar20th Century Fox[12]
Distribütor20th Century Fox, InterCom[d][13], Netflix
İlk baxış tarixi26 dekabr 2012[14], 20 dekabr 2012[13]
Müddət127 dəq.
Gəlir609.016.565 $[15]
Ölkə
Dilləringilis dili, Tamil dili, yapon dili, fransız dili
Rəngrəngli
Çəkiliş yeriMonreal, Tayvan
IMDbID0454876
MükafatlarıƏn yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süjet xətti

Ölkələrini tərk edərkən zooparkdakı heyvanlarını da özləri ilə apararkən Pi və ailəsi gəmidə olarkən gəmi yolda fırtınaya düşərək batır. Gəminin sağ qalan heyəti isə, kaftar, sınıq ayaqlı zebra, oranqutan, Riçard Parker adlı üç yüz kiloluq Benqal pələngi və Pi adlı 16 yaşlı hindistanlı oğlandan ibarətdir. Pi heç bir xilas yolu olmayan bu okeanda zəif qayıqda yanındakı heyvanlarla bərabər sağ qalmaq üçün mübarizə aparır, iti zəkası və zoologiya məlumatları sayəsində qida zəncirinin qurbanına çevrilmir. Pi 227 gün xilasedici qayıqda dənizdə sağ qalmaq üçün mübarizə aparır.[16][17] Mübarizəsinin axırında isə xilas olur.

Aktyor heyəti

  • Surac Şarma - 16 yaşlı Piscine Molitor "Pi" Patel rolunda
    • İrfan Xan yetkin Pi rolunda
    • Ayuş Tandon - 11/12 yaşlarındakı Pi rolunda
    • Qautam Belur - 5 yaşlı Pi rolunda
  • Tabu - Pinin anası Gita Patel rolunda
  • Adil Hüseyn - Pinin atası Santoş Patel rolunda
  • Jerar Depardye - baş aşpaz rolunda
  • Po-Çieh Vanq - Tayvanlı dənizçi rolunda
  • Rafe Spall - müəllif rolunda
  • Şravanthi Sainat - Anandi rolunda, Pinin gənclik eşqi
  • Andrea Di Stefano - keşiş rolunda
  • Vibiş Sivakumar - Pinin 18/19 yaşlarındakı böyük qardaşı Ravi Patel rolunda
  • Məhəmməd Abbas Xəlili - 15 yaşındakı Ravi rolunda
  • Ayan Xan - 8 yaşındakı Ravi rolunda

İstinadlar