Peterhof (muzey-qoruq)

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Peterhof Dövlət Muzey-Qoruğu
Государственный музей-заповедник „Петергоф“
Xəritə
Əsası qoyulub1918
Mövzudövlət təşkilatı[1]
Ölkə
YerləşirRusiya Rusiya Peterhof
59°53′ şm. e. 29°55′ ş. u.
peterhofmuseum.ru

Peterhof Dövlət Muzey-Qoruğu (rus. Государственный музей-заповедник „Петергоф“) dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir.

İlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksiKolonist parkı, Strelnada yerləşən I Pyotr sarayıKonstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir.[2]

Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur.[1] 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur.

  • 19 may 1918 – Peterhof saray-park kopleksinin idarə olunması üçün Sovet Rusiyası rəhbərliyi tərəfindən "Peterhof" DMQ təsis edilmişdir[3].
  • sentyabr 1941 – yanvar, 1944 – "Peterhof" DMQ almanların işğalı altında olmuşdur. Həmin müddət ərzində kompleksə daxil olan saraylar qarət edilmiş, dağıdılmış və yandırılmış, heykəllər dağıdılmış, ağaclar məhv edilmiş, fontanlar sıradan çıxarılmış, muzeylər qarət olunmuşdur.[4]
  • sentyabr 1944 – 1947 – Peterhof saray-park kompleksinin bərpa olunması üçün əsasə restavrasiya işləri aparılmışdır.
  • 1999-cu il – restavrasiya işlərindən sonra I Pyotrun sarayı ziyarətçilərin üzünə açılmışdır.[5]
  • 2003-cü il – restavrasiya işlərindən sonra Konstantin sarayı ziyarətçilərin üzünə açılmışdır.[5]
  • 2007-ci il – "Oranienbaum" DMQ "Peterhof" DMQ-nun tərkibinə daxil edilmişdir.[2]
  • 12 iyun 2008-ci il – "Rusiyanın Yeddi Möcüzəsi" müsabiqəsinin qalibləri elan edilmiş və Peterhof saray-park kompleksi də qaliblər sırasına daxil olmuşdur.[6][7]
  • noyabr 2008 – "Peterhof" DMQ-na daxil olan obyektlər "Magistral" mühafizə qurumunun nəzarətinə verilmişdir.[8]
  • "Peterhof" DMQ-nun direksiyası Razvodnaya küçəsi, Peterhof ünvanında yerləşir.
  • Direktor: Kalnitskaya Yelena Yakovlevna.
  • Muzey-qoruq Rusiya Fedreasiyası Mədəniyyət və Kütləvi Kommunikasiya Nazirliyinə tabedir.

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu