Panzer VIII Maus

Panzerkampfwagen VIII "Maus" (Zirehli Döyüş Maşını VIII "Siçan") Porsche şirkəti tərəfindən istehsal olunan super ağır tankdır. Tankın istehsalına 1944-cü ildə başlanılmış və 141 ədəd istehsalı planlaşdırılırmışdır, lakin Kral Hərbi Hava Qüvvələrinin davamlı bombardmanı ilə bu plan yarımçıq qalmışdır. Nəticədə 8 ay ərzində Maus tankının istehsalı mümkün olmamışdır. Obyektlər bərpa edildikdən sonra isə sifarişlər də azaldılmış, 141 tank əvəzinə cəmi 2 tank və 1 qüllə istehsal edilmişdir. Kral Hərbi Hava Qüvvələri tərəfindən Alman hərbi obyektlərinin davamlı surətdə bombardmanı istehsalı dayanma səviyyəsində saxlamasaydı, çox sayda Maus tanklarının istehsalı və bu da öz növbəsində bu tankların İkinci Dünya Müharibəsində istifadə olunmasına yol aça bilərdi. Tankın hal-hazırda dünyada olan yeganə orijinal modeli Rusiyadakı Kubinka Tank Muzeyində sərgilənir. Tankın əsas silahı 12.8 sm-lik top olmuşdur. Maksimal sürəti isə 20 km/saat təşkil etmişdir.

Panzer VIII Maus
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
KonstruktorFerdinand Porsche
Konstruksiya tarixi1942 iyun
İstehsalçıPorsche
İstehsal illəri1944 iyul
İstehsal sayı2 ədəd (Birinin istehsalı başa çatdırılmamışdır)
Xüsusiyyətləri
Ağırlığı188 t
Zireh

Gövdə 200/185/160 mm

Qüllə 240/210/210 mm
Mühərrik(V1) MB509 V12 benzin mühərriki
(V2) MB 517 V12 dizel mühərriki
Köməkçi silah12,8 cm-lik top
Uzunluğu
  • 9.030 mm
Eni3.670 mm
Hündürlüyü3.660 mm
Ekipaj6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Panzerkampfwagen VIII "Maus", 2013 Kummersdorf-Gut, Neue Verskraft, Hall