Otuz doqquzuncu simfoniya (Motsart)
Otuz doqquzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən Qırxıncı və Qırx birinci simfoniyalarla birlikdə 1788-ci ildə, iyun-avqust aylarında, bir neçə həftə ərzində yazılmışdır.[1][2] Bu simfoniyanın ilk premyerası məlum deyil, lakin İvan Andersviçin qeydlərinə əsasən ilk qeyd olunan tarix 1792-ci ilə aiddir.[3] Simfoniyanın ifa müddəti 30 dəqiqədir.
Otuz doqquzuncu simfoniya | |
---|---|
Bəstəkar | |
Opus | 543 |
Yazılma tarixi | 26 iyun 1788 |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Mozart_drawing_Doris_Stock_1789.jpg/220px-Mozart_drawing_Doris_Stock_1789.jpg)
Motsart bu əsərləri ciddi maliyyə çətinlikləri və depressiya ilə xarakterizə olunan gərgin bir şəraitdə yazmışdı. (Maykl Puchbergə 27 iyun 1788-ci il tarixli məktub):
"Yanıma gəlin və məni ziyarət edin; Mən həmişə evdə oluram; — 2 ay ərzində digər yaşayış yerlərindən daha çox yaşadığım 10 gündə daha çox çalışdım və tez-tez məni sıxan, yalnız çox çətinliklə davam gətirdiyim qara düşüncələr olmasaydı, daha yaxşı olardım."[4]
Quruluşu
Simfoniya 4 hissədən ibarətdir.
- Adagio – Allegro, 2/2
- Andante con moto, 2/4
- Menuetto. Allegretto, 3/4
- Final. Allegro, 2/4
Birinci hissə: Adagio – Allegro
İkinci hissə: Andante con moto
Üçüncü hissə: Menuetto. Allegretto
Dördüncü hissə: Final. Allegro
Mənbə
- Wolfgang Amadeus Mozart: Symphony E flat major K. 543. Edition Eulenburg No. 451, London / Mainz ohne Jahresangabe, 64 S. (Taschenpartitur, Originalausgabe von 1933; Nachdruck ohne Jahresangabe)
- W. Meves: Symphonies de W. A. Mozart. Collection Litolff No. 168. Henry Litolff´s Verlag, Braunschweig ohne Jahresangabe (ca. 1890, u. a. mit einer Fassung der Sinfonie KV 543 für Klavier zu zwei Händen)
Xarici keçid
- Παρτιτούρα και ανάλυση, στα γερμανικά, της 39ης Συμφωνίας