Orxon çayı

Orxon çayı (monq. Орхон гол, ing. Orkhon River, rus. Орхон) — Monqolustanda böyük tarixi-mədəni əhəmiyyəti olan çay. Çayın uzunluğu 1 124 km-dir, Hövzəsinin sahəsi 132 835 km2

Orxon çayı
Орхон гол
Ölkə Monqolustan
Şəhərlər
  • Bulgan
  • Karakurum
  • Süxe-Bator
MənbəyiXangai dağları
 • Yüksəkliyi1 084 m
MənsəbiBaykal gölü
 • Yüksəkliyi601 m
Uzunluğu1 124 km
Su sərfi120 m³/s
Hövzəsinin sahəsi132 835 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Orxon çayının coğrafi mövqeyi

Xangai dağlarından, 1 124 m yüksəklikdən başlayan Orxon çayı şimala tərəf axır və Rusiya sərhəddini keçmədən Selenqa çayı(monq. Сэлэнгэ гол) ilə birləşərək Baykal gölünə tökülür. Çayın uzunluğu 1 124 km-dir. Selenqa çayından 100 km uzun olan Orxon çayı Kerulen çayından (1254 km) sonra Monqolustanın ən uzun çayıdır.

Qış aylarında buzla örtülü olur. MaySentyabr aylarında çayın təqribən 175 km-lik hissəsi gəmiçilik üçün yararlı olur.[1]

Orxon çayının sol tərəfindən Tola çayı(monq. Туул гол), sağ tərəfindən Eqoo çayıdır (monq. Эрөө гол). Bundan başqa Sarin (monq. Сарингол) və Tamir (monq. Хойд Тамир гол) çaylarıda Orxon çayına birləşir.

Tarixi-mədəni əhəmiyyəti

2004-cü ildə UNESCO tərəfindən 1220 km²-lik sahəni əhatə edən Orxon vadisi Ümumidünya irsi siyahısına daxil edilmişdir.[2]Orxon çayının tarixi əhəmiyyətli yerləri:

Orxon çayının geniş görünüşü

Maraqlı faktlar

1731-ci ildə çayın sahilində Erdeni-Zuu monastrı yaxınlığında Tsin imperiyası ilə Cunqar xanlığı arasında döyüş baş vermişdi. Əfsanəyə görə, Cunqarlar məbədə girən zaman,məbədin himayəçisi tərəfindən qovulur və girişdəki daş şirlər nərildəməyə başlayır. Qorxuya düşən Cunqarlar Orxon çayına tərəf qaçırlar və çayda boğulurlar [4].

Həmçinin bax

İstinadlar