Ortalama öldürücü doza

LD50 və ya ortalama öldürücü doza və ya DL50 (qədim yunancada δόσις , latınca lētālisdən LD50 , ingilis dilində lethal dose)[1] eksperiment üzvlərinin yarısının ölümünə səbəb olan maddənin orta öldürücü dozudur. Zəhərli və öldürücü toksik maddələr arasında geniş istifadə olunur.

Adətən vahid sınaq obyekti üçün vahid maddə kütləsini təyin edir. Tətqiq olunan obyektin heç bir antidot, xüsusi ehtiyat tədbirləri və ağırlaşdırıcı amillər qəbul edilmədən tipik vəziyyətdə və normal şəraitdə olması nəzərdə tutulur.Bəzi hallarda LC50 (ingilis dilində lethal concentration, öldürücü konsentrasiya ) və ya LCt50 ( ingilis dilində lethal concentration and time, oldürücü konsentrasiya və təsir müddəti ) abreviaturları ilə də qarşılaşılır. Onlar adətən zəhərli qazlar üçün istifadə olunur, bu da qazın havadakı öldürücü konsentrasiyasını və təsir müddətini göstərir.

Terminalogiya

LD50 adətən test nümunəsinin vahid kütləsinə düşən maddənin miqdarını ifadə edir, əsasən hər kiloqram kütləyə milliqramlarla, lakin bəzi hallarda maddənin toksikliyindən asılı olaraq , kiloqram bədən kütləsinə düşən maddə nanoqramlarla ( məsələn,botulinum toksini, polonium və onun birləşmələri kimi) , mikroqramlarla (aktiv zəhərləyici maddələr VX ,tetraetil qurğuşun) və ya qramlarla hesablanır. Beləliklə , bu , müxtəlif ölçülü heyvanlar üçün müxtəlif maddələrin nisbi toksikliyini müqayisə etməyə imkan verir( lakin, toksiklik təkcə bədən kütləsindən asılı deyildir).

50% -lik ölüm nisbətinin seçilməsi bizə baş verə biləcək qeyri-müəyyənliklərdən qaçmağa və keçiriləcək eksperimentlərin şərtlərini sadələşdirməyə imkan verir. Bu o deməkdir ki, LD50 bütün fərdlər üçün öldürücü doza deyildir, bəzilərinin daha aşağı doza ölümünə səbəb olduğu halda , digərləri LD50 –dən daha yuxarı dozalarda sağ qala bilər.

Öldürücü doza bədənə daxil olma üsulundan da asılıdır, belə ki , bir çox maddələr venadaxili üsulla qəbuluna nisbətən oral yolla daxil olduqda daha az zəhərli olur. Bu baxımdan LD50 əksəriyyət hallarda orqanizmə daxil olma üsulu ilə təqdim olunur.

LD50/30 və ya LD50/60 nisbi dəyərləri müvafiq olaraq 30 və 60 gün ərzində populyasiyanın yarısını öldürə biləcək doza kimi istifadə olunur (radiasiyaya şamil edilir).LCt50 – öldürücü dozanın bədən kütləsinə nisbətini göstərən müqayisəli ölçülər olub , burada C – konsentrasiya , t isə vaxtdır, mg min/m³ ilə ifadə olunur. LCt50 – dozası ölümdən çox əsasən qalıcı zərərlərə gətirib çıxarır. Bu cür ölçmələr daha çox aktiv zəhərli maddələrin effektivliyini müəyyən etmək üçün istifadə olunur. Konsentrasiya vaxtı ideyası ilk dəfə Fritz Haber tərəfindən irəli sürülüb və bəzən "Haber qanunu" da adlanır, bu qanuna görə 1 dəqiqə ərzində 1m2 dəriyə 100 mq maddə ilə edilən təsir , 10 mq maddə ilə 1m2 dəriyə 1o dəqiqə ərzində edilən təsirə bərabərdir.Hidrogen sianid kimi bəzi kimyəvi maddələr insan orqanizmi tərəfindən tez bir zamanda zərərsizləşdirilir və Haber qanunu onlara şamil edilmir. Belə hallarda öldürücü doza məruz qalma müddəti ərzində müşayiət olunmaqla LC50 olaraq verilə bilər. Kimyəvi məhsulların təhlükəsizliyi üzrə məlumat vərəqələrində Haber qanunun maddəyə şamil olunmasına baxmayaraq bu tip qeydlərdən də istifadə olunur.Patogen mikroorqanizmlər üçün orta infeksiya dozası kimi ölçü növündən də istifadə olunur. İD50 - nümunələrin 50%-ni yoluxdurmaq üçün tələb olunan fərdi mikroorqanizmlərin sayıdır (məsələn, adambaşına 1200 mikroorqanizm, oral yolla). Mikroorqanizmlərin faktiki sayını hesablamaq çətin olduğundan, İD bioloji analiz terminləri ilə də ifadə edilə bilər. Bioloji silahlarda yoluxucu doza 1dəqiqədə 1 kub metrdə olan yoluxucu dozların miqdarıdır ( məsələn, ICt = 100 ID50 × 1 dəq / 1 m³).

Məhdudiyyətlər

Üzərində təcrübə aparılan heyvanların genetik fərqliliklərindən və bədənə daxil olma üsulundan asılı olaraq əldə olunan nəticələrdə əhəmiyyətli dərəcədə fərqliliklər yarana bilər, ona görə də LD50 toksiklik ölçüsü kimi o qədər də etibarlı deyildir.Növlər arasında olan kəskin fərqlər səbəbilə siçovullar üçün təhlükəsiz hesab edilən hər hansı bir maddə, insan üçün son dərəcə zəhərli ola bilər (parasetamolun toksikliyinə nəzər yetirin), bunun əksi də mümkündür (şokalad insan üçün təhlükəsiz olduğu halda, bir çox heyvanlar üçün zəhərlidir). İlan kimi zəhərli canlıların zəhərini sınaqdan keçirərkən LD50 nəticələri siçanlar, siçovullar və insanlar arasındakı fizioloji fərqlərə görə yanıldıcı ola bilər. Bir çox zəhərli ilanlar siçanlarla uyğundurlar və onların zəhərindən xüsusən siçanların məhv edilməsində istifadə oluna bilər, manqustlar isə zəhərlənməyə daha dayanıqlı ola bilərlər.

Nümunələr

Maddə

Heyvan, qəbul olunma üsuluLD50, q/kqİstinad
SuSiçovul, oral>90[2]
SaxarozaSiçovul, oral29,7[3]
Natrium qlutamatSiçovul, oral16,6[4]
Vitamin C ( L - Askorbin turşusu)Siçovul, oral11,9[5]
Sianur turşusuSiçovul, oral7,7[6]
Kadmium sulfidSiçovul, oral7,08[7]
EtanolSiçovul, oral7,06[8]
Natrium izopropil metilfosfonat (IMPA, sarin metaboliti)Siçovul, oral6,86[9]
MelaminSiçovul, oral6[6]
Melamin siyanuratSiçovul, oral4,1[6]
Natrium molibdatSiçovul, oral4[10]
Xörək duzuSiçovul, oral3[11]
Parasetamol ( asetominafin)Siçovul, oral1,944[12]
Tetrahidrokannabinol (THC)Siçovul, oral1,270[13]
Metal arsenikSiçovul, oral0,763[14]
Alkilbenzildimetilamonium xloridSiçovul, oral0,3045[15]
Kumarin (darçından və digər bitkilərdən)Siçovul, oral0,293[16]
Asetilsalisil turşusu (Aspirin)Siçovul, oral0,2[17]
KofeinSiçovul, oral0,192[18]
Arsen (III) sulfidSiçovul, oral0,185[19]
Natrium nitridSiçovul, oral0,18[20]
BisoprololSiçan , oral0,1[21]
Kobalt (II) xloridSiçovul, oral0,08[22]
Kadmium oksidSiçovul, oral0,072[23]
Natrium floridSiçovul, oral0,052[24]
NikotinSiçovul, oral

siçan, oral                                                                                                                                                                                                                                                                                                                    

0,05
0,0033
[25]
[26]
Pentaboranİnsan, oral<0,05[27]
KapsaisinSiçan , oral0,0472[28]
Merkuri (II) xloridSiçovul, transdermal0,041[29]
d-lisergik turşu dietilamid (LSD)Siçovul, venadaxili0,0165[30]
Arsen (III) oksidSiçovul, oral0,014[31]
Metal arsenikSiçovul, intraperitonal0,013[32]
Natrium siyanidSiçovul, oral0,0064[33]
Hidrosiyanik turşusuSiçan, peroral0,0035
Ağ fosforSiçovul, oral0,00303[34]
Endrinİnsan, aerozol,inqalyasiya0,002
Strikninİnsan, oral0,001[35]
Kantaridinİnsan, oral0,0005
Aflatoksin B1Siçovul, oral0,00048[36]
Braziliya əsgər hörümçək növünün zəhəriSiçovul, oral0,000134[37]
α-Amanitinİnsan, oral0,0001[38]
Makkoy taipan zəhəriSiçovul, dərialtı0,000025[39]
RisinSiçovul, dərialtı

Siçovul , oral

0,000022
0,02
[40]
2,3,7,8-TetraxlorodibenzodioksinSiçovul, oral0,00002[41]
SarinSiçan, dərialtına inyeksiya0,0000172[42]
VXİnsan, oral, inqalyasiya, dərialtına0,0000023[43]
Batraxotoksin (ox qurbağasının zəhərindən)İnsan, dərialtına inyeksiya0,000002[44]
Saksitoksinİnsan, oral0,0000002
MaytotoksinSiçan, rektal0,00000013[45]
Poloniumİnsan, oral,inyeksiya, inqalyasiya0,00000001[46]
Botulinum toksini (Botox)İnsan, inqalyasiya0,000000001[47]

İstinadlar