Oqtay Mirqasımov

Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru,[1] ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000),[2] "Şərəf" ordenli (2018).[3] "İstiqlal" ordenli (2023).

Oqtay Mirqasımov
Doğum tarixi (81 yaş)
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
Milliyyətiazərbaycanlı
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşıNailə Mirqasımova
UşağıAyan Mirqasımova
AtasıMirəsədulla Mirqasımov
Fəaliyyətirejissor
ssenarist
prodüser
Təhsili
Üzvlüyü
Mükafatları"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1981
"İstiqlal" ordeni — 2023 "Şərəf" ordeni — 2018 "Şöhrət" ordeni — 2003"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
IMDbID0591926
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır.[4] Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[5] 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.[3] 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.[6]

12 iyun 2023-cü ildə "İstiqlal" ordeni ilə təltif edilib.[7]

Filmoqrafiya

  1. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  2. 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
  3. 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47)
  4. Ağır illər… Xoş xatirələr (sənədli film, 2014)[8]
  5. Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor
  6. Arzularını çəkən rəssam (film, 2007)
  7. Azərbaycan haqqında etüd (film, 1969)
  8. Azərbaycan kinosu-80 (film, 1996)
  9. Bakı haqqında 10 dəqiqə (film, 1970)
  10. Bir dəfə (film, 1990)
  11. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  12. Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
  13. Cəfər Cabbarlı (film, 1969)
  14. Cəza (film, 1986)
  15. Cin mikrorayonda (film, 1985)
  16. Daha bir fənd (film, 1978)
  17. Dama dama... (film, 1986)
  18. Dantenin yubileyi (film, 1978)
  19. De ki, məni sevirsən! (film, 1977)
  20. Dəniz (film, 1965)
  21. Dostluq səfəri (film, 1977)
  22. Əgər bir yerdəyiksə (film, 1975)
  23. Əhməd haradadır? (film, 1983)
  24. Əmək və qızılgül (film, 1962)
  25. Fənd (film, 1978)
  26. Gecə söhbəti (film, 1971)
  27. Gecəniz xeyrə qalsın (film, 1977)
  28. Gedərgəlməz (film, 1984)
  29. Gənclər festivalı (film, 1969)
  30. Gümüşü furqon (film, 1982)
  31. Günah (film, 1989)
  32. Günaydın, mələyim! (film, 2008)
  33. Günlərin bir günü... (film, 1981)
  34. Halallıq (film, 2019)
  35. Hörmətli alim yoldaşlar (film, 1971)
  36. Xəzinə (film, 1970)
  37. İşgüzar adamlar (film, 1977)
  38. Kallıq (film, 1981)
  39. Kədərimiz... Vüqarımız...
  40. Kinorejissor Arif Babayev (film, 2000)
  41. Qaladan tapılan mücrü (film, 1982)
  42. Qara Qarayev-60 (film, 1978)
  43. Qaşqayın son proqnozu (film, 2007)
  44. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
  45. Qobustan (film, 1967)
  46. Qorunmağa möhtac qoruq (film, 1983)
  47. Leylək gözləyir (film, 1977)
  48. Məğlubedilməzlər (film, 1983)
  49. Mən kitabımı başlayıram (film, 2006)
  50. Müqavilə (film, 1978)
  51. "Müstəntiq və məntiq" (film, 1971)
  52. Nəriman Nərimanov (film, 1972)
  53. Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977)
  54. Ovsunçu (film, 2002)
  55. Öpürəm (film, 1988)
  56. Rəşid Behbudov (film, 1975)
  57. Silinməyən izlər... (film, 2011)
  58. Şeytan göz qabağında (film, 1987)
  59. Şəhidlik zirvəsi (film, 2001)
  60. Tatarıstanda Azərbaycan günləri (film, 1969)
  61. Vətəndaş, həkim, alim (film, 1984)
  62. Yeddi qoyun nağılı (film, 1983)
  63. Yenidənqurmanın işığında... (film, 1988)

İstinadlar

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • Наталия Бабинцева. Общий дом. Журнал "Баку". Ноябрь — Декабрь 2011.
  • Aydın Dadaşov. "Bizim kino". Oqtay Mirqasımovun "Şeytan göz qabağında" filmi haqqında. 23.01.2016[ölü keçid]