Oqtay Atayev

Oqtay Atayev (Tam adı: Oqtay Əlirza oğlu Atayev; d.19 dekabr 1929 - ö.12 mart 1991, Bakı) — Azərbaycan jurnalistikasının tanınmış simalarından biri.[1]

Oqtay Atayev
Oqtay Əlirza oğlu Atayev
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (61 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
VətəndaşlığıSSRİ SSRİAzərbaycan Azərbaycan
MilliyyətiAzərbaycanlı
İxtisasıTarix
TəhsiliAzərbaycan Dövlət Universiteti
FəaliyyətiBaş redaktor
TanınırJurnalist

Həyatı

O.Atayev 1929-cu il dekabrın 19-da dünyaya anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki - BDU) tarix fakültəsini bitirib. Tələbəlik illərində idmanla ciddi məşğul olmuşdu, hətta Bakının “Dinamo” futbol komandasının mü­dafiəçisi mövqeyində də çıxış etmişdi. Gözündən zədə almış jurnalist bir müddət sonra məşqləri dayandırmaq məcburiyyətində qaldı. Oqtay Atayev həyatının sonunadək – 1991-ci il martın 12-nə qədər “İdman” - “Sport” qəzetinin baş redaktoru olub.

Fəaliyyəti

1960-70-ci illərdə Oqtay Atayev Nəsir İmanquliyevin baş redaktoru olduğu «Veçernı Baku» (sonralar – “Bakı” - “Baku”) qəzetinin əməkdaşı oldu. O illərdə qəzetin informasiya və idman şö­bəsinin mü­diri vəzifəsində Oqtay Atayev çalışırdı.

1976-cı ildə o, Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsində məsul vəzifəyə – sədr müavinliyinə təyin edildi. 1987-ci ildə Oqtay Atayev “İdman” - “Sport” qəzetinə rəhbərlik etməyə başladı.

Həmçinin bax

İstinadlar