Oplenats

və ya sadəcə Oplenats ― Serbiyanın Topola qəsəbəsindəki Oplenats təpəsi üzərində yerləşən Serbiya və Yuqoslaviyada hakimiyyətdə olmuş Karaqeorqiyeviç sülaləsinə aid mavzoley

Oplenatsdakı Müqəddəs Georgi kilsəsi (serb-kiril. Црква Светог Ђорђа на Опленцу) və ya sadəcə Oplenats (serb-kiril. Опленац) ― Serbiyanın Topola qəsəbəsindəki Oplenats təpəsi üzərində yerləşən SerbiyaYuqoslaviyada hakimiyyətdə olmuş Karaqeorqiyeviç sülaləsinə aid mavzoley. Oplenac kilsəsi Yuqoslaviya Kralı I Pyotr tərəfindən qurulmuşdur. Kral sülaləsinin bir çox üzvü kilsədə, kilsənin altındakı məzarlıqda və ya kilsə həyətində basdırılmışdır.

Şərqi pravoslav kilsəsi
Oplenats
Din
Həsr olunubMüqəddəs Georgi
StatusuAktiv
Ölkə
Memarlıq
İnşa tarixi1910
TikdirəniI Pyotr
Günbəzlərin sayı5
Materialıdaş[d]
Oplenats xəritədə
Oplenats
Oplenats
Saytı
oplenac.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mavzoley

Karaqeorqiyeviç sülaləsinə aid 28 məqabərədən altısı hökmdarlara aiddir. Bu tikililər Serbiya tarixinin vacib məkanlarından biridir. 6 oktyabr 2012-ci ildə Şahzadə Paul, həyat yoldaşı Olqa və oğlu Nikolanın qalıqları Lozannadakı qəbiristanlıqdan çıxarıldıqdan sonra Serbiyaya gətirilərək burada dəfn edilmişdir.[1]

Tarix

Serbiya kralı I Pyotrun ossuarisi

19-cu əsrdə bu ərazi meşə ilə örtülmüşdü. Opelants termini böyük ehtimalla öküz maşınlarındakı taxta hissələr mənasını verən "oplen" dən qaynaqlanır. Sülalənin banisi Karaqeorqinin burada məskunlaşaraq ərazidə üzüm və meyvə bağları saldı və yaxınlıqdakı Topolanın müdafiəsini qurdu. Oğlu İskəndər də burada yeni tikililər tikdi və atasının üzüm və meyvə bağlarını təzələdi. Bunnunla birlikdə kral I Pyotrun hakimiyyyətə gəlişinə qədər buranın həqiqi əhəmiyyəti yox idi.

I Pyotr 1903-cü ildə taxta çıxdıqdan sonra Müqəddəs Georgi kilsəsinin inşası üçün Mali Oplenats təpəsinin üstündə, 337 metr hündürlüyündə yer seçdi. Qurbangahın pravoslav ənənəsinə görə şərqə tərəf yönəlməsi üçün ərazi geodeziya mütəxəssisləri tərəfindən ölçülmüşdü. 1907-ci ildə tikilinin təməl daşı qoyuldu.

1910-cu il mayın 1-də Kosta İ. İovanoviçin planı əsasında inşaat başladı. 1 sentyabr 1910-cu ildə təməl tamamlandı. 1911-ci ildə proses sürətlə davam etdi və kilsənin üzərindəki günbəz də tamamlandı. Elə həmin il kilsənin fasadının yaxınlıqdakı Vençak dağından gətirilən ağ mərmərdən hazırlanmasına və beləliklə, tikilinin bu gün də ağ mərməri ilə tanınmasına qərar verildi. 1912-ci ilin payızında kilsə artıq tamamlanmışdı və təqdis olunmağa hazır idi. 23 sentyabr 1912-ci ildə serb patriarxı Dimitriye kilsəni təqdis etdi.

1912-1913-cü il Balkan eharibəsiBirinci Dünya müharibəsindəki fasilələr zamanı kilsənin inşasına da ara verildi. 1915-ci ilin qışında Avstriya-Macarıstan Serbiyanı işğal etdikdə kilsə talan edildi: qübbə, tavan və portallardakı mis örtük çıxarıldı. Kiçik mərmər sütunlar və bəzək əşyaları da daxil olmaqla bir çox pəncərə sındırıldı.

I Pyotr 16 avqust 1921-ci ildə öldü və xələfi I Aleksandr kilsənin tamamlanmasını öz üzərinə götürdü. Tikilinin orijinal planı dəyişdirdi.

Kilsə 1930-cu ilin sentyabrında bir daha təqdis edildi. Kilsədə ibadətlər 1947-ci ilə qədər aparıldı. Bundan sonra Müqəddəs Georgi kilsəsi mədəniyyət abidəsi elan edildi və ziyarətçilərə açıldı. Oplenats 1979-cu ildə "Fövqəladə əhəmiyyətli mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir və dövlət tərəfindən qorunur.[2]

İstinadlar