Olimp tanrıları

Yunan mifologiyasında dünyanı idarə edən 12 tanrı

Olimp tanrılarıyunan mifologiyasına əsasən Olimp dağında yaşayan əsas ilahi qüvvələr.

Olimplər
Olimp tanrıları
Olimp tanrıları
MifologiyaYunan
YerOlimp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KronReyanın uşaqları:

Yuxarıdakılardan törəyənlər:

Yuxarıdakılardan törəyənlərdən törəyənlər:

qızları:

Əsas olimpiyalılar

Yunan adıRoma adıHeykəliHaqqında məlumatNəsil
ZevsYupiter Baş tanrı və Olimp dağının hakimi; səma və şimşək tanrısı. Titanlar Kron və Reyanın oğlu. Rəmzləri ildırım və qartaldır.Birinci
HeraYunona Baş ilahə. Evliliyin və analığın ilahəsi. Rəmzləri tovuzquşu və inəkdir. Kron və Reyanın qızı. Zevsin həyat yoldaşı və bacısı.Birinci
PoseydonNeptun Dəniz tanrısı; dənizlərin, zəlzələlərin və atların allahı. Rəmzləri hippokamp və üçbaşlı əsadır. Kron və Reyanın oğlu, Zevsin və Aidin qardaşı.Birinci
DemetraSerera Məhsuldarlığın, kənd təsərrüfatının, təbiətin və fəsillərin ilahəsi. Rəmzi lalədir. Kron və Reyanın qızı, Zevsin bacısı.Birinci
AidPluton Yeraltı dünyanın, ölümün tanrısı. Rəmzləri Qaranlıq dəbilqəsi, ikibaşlı əsa və kəllə sümüyüdür. Kron və Reyanın oğlu. Zevsin və Poseydonun qardaşı.Birinci
HestiyaVesta Bakirə ilahə. Evin və ailə ocağının ilahəsi. Kron və Reyanın qızı, Zevsin bacısı.Birinci
AfroditaVenera Sevgi, gözəllik və əyləncə ilahəsi. Zevsin və Dionanın qızıdır. Rəmzi göyərçin quşudur.Birinci [A]
ApollonApollon İşığın, həkimliyin, musiqinin, poeziyanın, öncəgörmələrin, oxatmanın və bütün incəsənət növlərinin tanrısı. Rəmzləri ox kamanı və liradır. Artemida onun əkiz bacısıdır. Zevsin və Letonun oğlu.İkinci
AresMars Müharibə və qırğınlar tanrısı. Rəmzləri nizə və qalxandır. Zevs və Heranın oğlu.İkinci
ArtemidaDiana Ovçuluq və Ay ilahəsi. Rəmzləri maral və ox kamanıdır. Apollonun əkiz bacısı, Zevs və Letonun qızı.İkinci
AfinaMinerva Müdrikliyin, peşələrin və döyüş strategiyasının ilahəsi. Rəmzləri zeytun ağacı və bayquşdur. Zevsin Metidadan olan qızı.İkinci
DionisBaxus Şərab, şənlik və ekstaz allahı. Rəmzi üzüm tənəyidir. Zevsin və adi insan Semelanın oğlu.İkinci
HefestVulkan Tanrıların dəmirçisi; odun və dəmirçiliyin tanrısı. Zevs və Heranın oğlu.İkinci
HermesMerkuri Tanrıların qasidi; ticarətin və oğruların allahı. Rəmzləri kadusey və qanadlı səndəllərdir. Zevsin və nimfa Mayanın oğlu.İkinci

Həmçinin bax