Oleq Bloxin

Oleq Vladimiroviç Bloxin (ukr. Олег Володимирович Блохін, 5 noyabr 1952[1][2][…], Kiyev) — əslən ukraynalı, keçmiş sovet futbolçusu, hücumçu və futbol məşqçisi, sovet futbolunun bir çox rekordunun sahibi.

Oleq Bloxin
ukr. Олег Володимирович Блохін
Ümumi məlumatlar
Doğum tarixi5 noyabr 1952(1952-11-05)[1][2][…] (71 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ
Ukrayna
Boyu181
Çəkisi75 kq
MövqeyiHücumçu
Karyerası
Gənclik karyerası
1962–1969SSRİ Dinamo Kiyev
Klub karyerası[* 1]
1969–1988SSRİ Dinamo Kiyev432 (215)
1988–1989Avstriya Forverts Şteyr41 (9)
1989–1990Kipr Aris Limasol22 (5)
Milli yığma[* 2]
1972–1976SSRİ SSRİ olimp12 (9)
1972–1988SSRİ SSRİ112 (42)
Məşqçisi olduğu klublar
1990–1993Yunanıstan Olimpiakos
1993–1994Yunanıstan PAOK
1994–1997Yunanıstan İonikos
1997–1998Yunanıstan PAOK
1998–1999Yunanıstan AEK Afina
1999–2002Yunanıstan İonikos
2003–2007Ukrayna Ukrayna
2007–2008Rusiya Moskva
2009–2010Ukrayna Çernomorets Odessaİdman dir.
2011–2012Ukrayna Ukrayna
2012–2014Ukrayna Dinamo Kiyev
Təltif və medalları
'

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sovet futbolu tarixinin ən yaxşı futbolçulardan biridir. France Football jurnalının UEFA ilə birgə təsis etdiyi Qızıl top mükafatının 1975-ci ildəki laureatı. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972), SSRİ əməkdar idman ustası (1975), Ukraynanın əməkdar məşqçisi (2005). 8 qat SSRİ çempionu, SSRİ Kubokunun 5 qat qalibi, UEFA Kuboklar Kubokunun 2 qat qalibi. 1954–2003-cü illər arasında Ukraynanın ən yaxşı futbolçusu (UEFA-nın 50 illik yubileyi mükafatı). Planète Foot və Voetbal International versiyalarına görə dünyanın ən yaxşı oyunçularının siyahısına daxil edilmişdir. SSRİ milli futbol komandasının heyətində ən çox oyun keçirən və ən çox qol vuran futbolçu kimi rekordçudur. Qızıl top mükafatına layiq görülmüş 3 sovet futbolçusundan biridir (Lev Yaşinİqor Belanovla birgə).

İstinadlar