Oh Yon-Ran

Oh Yon-Ran (d. 6 sentyabr 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu.[1]

Oh Yon-Ran
Ümumi məlumatlar
Tam adıOh Yon-Ran
Doğum tarixi (51 yaş)
VətəndaşlığıCənubi Koreya Cənubi Koreya
Boyu171 sm. (5 ft 7 in) m
MövqeyiQapıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.

Daha sonra Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.

Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.

Daha sonra Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.

Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.

Ailəsi

Oh Yon-Ranın həyat yoldaşı həndbolçu Kan İl-Kodur.

Həmçinin bax

  • Cənubi Koreya 1996 Yay Olimpiya Oyunlarında
  • Cənubi Koreya 2000 Yay Olimpiya Oyunlarında
  • Cənubi Koreya 2004 Yay Olimpiya Oyunlarında
  • Cənubi Koreya 2008 Yay Olimpiya Oyunlarında
  • Cənubi Koreya 2016 Yay Olimpiya Oyunlarında

İstinadlar