Niyaməddin Ələsgərov

Niyaməddin Süleyman oğlu Ələsgərov (13 aprel 1999; Axunlu, Ağsu, Azərbaycan — 4 oktyabr 2020; Toğanalı, Göygöl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi[1][2].

Niyaməddin Ələsgərov
Niyaməddin Süleyman oğlu Ələsgərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAxunlu, Ağsu, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriToğanalı, Göygöl rayonu, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriCəlilabad
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Kəlbəcər döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Həyatı

Niyaməddin Ələsgərov 1999-cu il, aprelin 13-də Ağsu rayonu, Axunlu kəndində anadan olub[3][4].

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Niyaməddin Ələsgərov Kəlbəcər döyüşlərində savaşıb. Niyaməddin Ələsgərov oktyabrın 4-də Kəlbəcər uğrunda gedən döyüşlərdə Toğanalı istiqamətində qəhrəmancasına şəhid olub. Ağsuda dəfn edilib.[5]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[8]

Təltifləri

İstinadlar