Nina Qrebeşkova

Nina Pavlovna Qrebeşkova (rus. Нина Павловна Гребешкова; 29 noyabr 1930[1], Moskva) — Rusiya aktrisası, Rusiyanın əməkdar artisti (2001)[2].

Nina Qrebeşkova
rus. Нина Павловна Гребешкова
Doğum adıНина Павловна Гребешкова
Doğum tarixi (93 yaş)
Doğum yeriMoskva, Rusiya
Vətəndaşlığı
Həyat yoldaşıLeonid Qayday
Fəaliyyətiaktrisa
Fəaliyyət illəri1950-ci ildən
Təhsili
MükafatlarıRusiya Federasiyasının əməkdar artisti
IMDbID0337380
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nina Pavlovna Qrebeşkova 29 noyabr 1930-cu ildə Moskvada anadan olmuşdur. 1954-cü ildə, 24 yaşı olarkən, o, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. Nina öz sənətinə qız, məktəbli, pioner kimi rollarla başlamışdır. Daha sonralar isə gənc ana və müəllim obrazlarını ifa etmişdir. Onun böyük sənət yolu isə İvan Pıryevin "Düzlüyün sınağı" filminə çəkildikdən sonra başlayır.

N. Qrebeşkova Leonid Qaydayın əksər əsas filmlərində ikinci plan rollarını ifa etmişdir.

  • Kinorejissor Leonid Qaydayın həyat yoldaşı olmuşdur.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1950Cəsur insanlarСмелые людиNadyanın rəfiqəsi
1951İdman şərəfiСпортивная честьTonyanın rəfiqəsi
1953Hipnoz seansıСеанс гипноза
1954Düzlüyün sınağıИспытание верностиVarya Lutonina
1959Qız atasını axtarırДевочка ищет отцаAneçka
1959MumuМумуTatyana
1960Normandiya-Nemanfr. Normandie-Niémen
1960Üç dəfə dirilmişТрижды воскресшийZoya Nikolayevna
1963Kor quşСлепая птицаbələdçi
1964İtirilmiş vaxt haqqında nağılСказка о потерянном времениmüəllim Nina Sergeyevna
1964Tolya Klükvinin macərasıПриключения Толи КлюквинаSlavanın anası
1965Qara biznesЧёрный бизнесkamvol kombinatının işçisi
1966Qafqaz əsiri və ya Şurikin yeni macəralarıКавказская пленница, или Новые приключения Шурикаhəkim
1968Brilyant əlБриллиантовая рукаNadejda İvanovna
1968Bazar ertəsinədək yaşayıb görərikДоживём до понедельникаAlloçka
197112 stul12 стульевMusik
1975Ola bilməz!Не может быть!Anna
1976Cərrah Mişkinin günləriДни хирурга МишкинаNataliya Maksimovna
1977HarmoniyaГармонияLarisa Baranova
1980Kibrit ardıncaЗа спичкамиHüvyarinenin arvadı
1982İdman lotosu-82Спортлото-82Klavdiya Antonovna
1985Həyat üçün təhlükəlidir!Опасно для жизни!Zinaida Petrovna Stepanova
1988FransızФранцузmüəllim
1989Xüsusi xəfiyyə və ya "Kooperasiya" əməliyyatıЧастный детектив, или Операция «Кооперация»Anna Petrovna
1993NastyaНастяTeterinin katibəsi
1999PərəstişkarПоклонникyalançı nənə
2001NinaНинаNinanın anası
2001XəfiyyələrСыщикиLidiya Viktorovna
2002Dəmiryol romansıЖелезнодорожный романсVeranın nənəsi
2009Ehtiras fonoqramıФонограмма страстиAdamın qonşusu
201317 saylı əfsanəЛегенда № 17İranın qonşusu
2016EkipajЭкипажbiznes-klass sərnişini

İstinadlar

.

Xarici keçidlər