Nikolay Bayev

Nikolay Georgiyeviç Bayev (rus. Николай Георгиевич Баев) — erməni əsilli memar və mülki mühəndis. Opera və Balet teatrının və Bakı Keçmiş Dəmiryol Vağzalı binalarının ucaldıb.

Nikolay Bayev
rus. Николай Георгиевич Баев
erm. Նիկողայոս Բաև
Şəxsi məlumatlar
Doğum tarixi6 oktyabr 1875(1875-10-06) və ya 1878[1]
Doğum yeri
Vəfat tarixi5 avqust 1952(1952-08-05) və ya 1953[1]
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • İnşaat Mühəndisləri İnstitutu[d] (–1901)
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlərBakı, İrəvan
Əsas tikililəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ağa Musa Nağıyev və Nikolas Bayev 1 saylı Bakı şəhər klinik xəstəxanasının bünövrə qoyulma mərasimində.

1875-ci ildə Həştərxanda doğulmuşdur.[2] Atası Georgi tacir idi. 1896-cı ildə gimnaziyadan məzun olub Sankt Peterburqa gedənə qədər Həştərxanda təhsil almışdır.[3] 1901-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutundan məzun olub.[2] Universitetin bir çox məzunu kimi o da Bakıya köçmüş və burada işləmək qərarına gəlmişdir. 1911–1918-ci illərdə Bakı şəhərinin baş mühəndisi idi.

Birinci Dünya müharibəsi başlayandan sonra Bayev bir müddət Bakını tərk edir və Yessentukidə qalır. Daha sonra isə Kislovodska köçür. 1921–1925-ci illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığı Bakı Tikinti İdarəsinin baş mühəndisi kimi çalışmışdır. 1929–1930-cu illərdə Bayev "Azselstroy" trestinin baş mühəndisi kimi fəaliyyət göstərmişdir. 1942-ci ildə Azərbaycan Memarlar İttifaqının üzvlüyünə daxil olmuşdur.[4]

1927-ci ildə Bayev Ermənistana dəvət olunur və İrəvan Tikinti İdarəsində işləyir. İrəvanda Sundukyan adına teatr və pionerlər klubunun tikintisi ilə məşğul olur. 1930-cu ildə eyni küçədə yerləşən Ədliyyə nazirliyi və Mərkəzi Bankın tikintisini bitirir. 1938-ci ildə Kiyevə köçən Bayev bir müddət burada da işləyir.

1949-cu ildə İrəvanda vəfat edib.

İşləri

AdıTikinti iliŞəkil
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı1911
Musa Nağıyev adına xəstəxana1913
Sabunçu vağzalı1925
Qabriel Sundukyan adına Ermənistan Dövlət Akademik Milli teatrı1922
Ermənistan Mərkəzi Bankı1930

İstinadlar