Nikki, Rikki, Dikki və Don

Nikki, Rikki, Dikki və Don (ing. Nicky, Ricky, Dicky & Dawn) - Maykl Feldman tərəfindən təkmilləşdirilən, Sentyabr ayının 13-də, 2014-cü ildə ilk dəfə Nickelodeon telekanalında efirə verilən uşaqlar üçün nəzərdə tutulmuş teleserialdır. Teleserialın ulduzları Brian Stepanek, Allison Munn, Aidan Gallagher, Keysi Simpson, Meys Koronel, Lizzi Qrin, Gabrielle Elyse, və Kayla Simmonsdur.

Nikki, Rikki, Dikki və Don
Nicky, Ricky, Dicky & Dawn
Loqonun şəkli
JanrKomediya
MüəllifMatt Fleckenstein
DirektorMichael Feldman
İstehsalçıNickelodeon Productions
Baş rollardaBrian Stepanek
Allison Munn
Aidan Gallagher
Casey Simpson
Mace Coronel
Lizzi Qrin
Gabrielle Elyse
BəstəkarDoug Rockwell
İstehsalçı ölkəABŞ ABŞ, Kaliforniya
Dilİngiliscə
Mövsüm sayı4 mövsüm
Buraxılış sayı82 buraxılış
İlk buraxılış13 Sentyabr, 2014
Sonuncu buraxılış4 avqust 2018[1]
İstehsal
Çəkiliş yeriABŞ ABŞ, Kaliforniya
Müddəti22-23 dəqiqə
Veriliş
KanalYer bayrağı
Təsvirin formatı720p HDTV
Səsin formatıHəcmli səs dəstəyi
nick.tv

Epizodları

Nikki, Rikki, Dikki və Don teleserialının mövsüm və epizodları
SezonEpizodların sayıİlk efirə çıxma tarixiSon efirə çıxma tarixi
İlk mövsüm20 epizod13 Sentyabr, 201424 Mart, 2015
İkinci mövsüm25 epizod23 May, 20156 Avqust, 2016
Üçüncü mövsüm23 epizod7 Yanvar, 20175 Avqust, 2017
Son mövsüm14 epizod6 Yanvar, 20184 Avqust, 2018

İstehsalat

Teleserial ilk mövsüm üçün 13 epizod olaraq düşünülmüşdü, lakin sonradan epizodların sayı 20-yə çatdı. 2014-cü ildə Noyabrın 18-də ikinci mövsümün yayımlanması üçün çəkilişlər başladı və May ayının 23-ü Nickelodeon kanalında 2-ci mövsümün ilk epizodu efirə buraxıldı. Bundan sonra 2016-cı ildə aprel 26-da Lizzi Qrin öz Twitter hesabında, 3-cü mövsüm çəkilişlərinin başladığı elan edir. 3-cü sezon Yanvar ayının 7-də efirə çıxır. 2017-ci il Noyabr ayının 15-də isə reytinqlərin 2 dəfədən çox düşməsini görən Nickelodeon 4-cü sezonun bu teleserial üçün son olacağını bildirir. 2018-ci il 4 Avqust teleserialın buraxılışı bitir.

Mükafat və Nominasiyalar

İlMükafatBölümlərNəticələr
2015Nickelodeon Kids' Choice AwardsSevimli uşaq TV ŞousuNamizəd
2015Nickelodeon Kids' Choice AwardsSevimli aktrisa/ Lizzi QrinNamizəd
2016Nickelodeon Kids' Choice AwardsSevimli aktyor/ Keysi SimpsonNamizəd[2]
2016Cavan AktyorƏn yaxşı cavan musiqi ansamblıNamizəd[3]

İstinadlar