Nijni Novqorod stadionu

Nijni Novqorod stadionu Rusiyanın Nijni Novqorod şəhərində yerləşən stadiondur. Həmçinin, 2018 FİFA Dünya Kubokunun bəzi oyunlarına ev sahibliyi etmişdir. Tamaşaçı tutumu 44899 nəfərdir.[2]

Nijni Novqorod stadionu
Стадион Нижний Новгород
Xəritə
YeriNijni Novqorod, Rusiya
Təməli qoyulub2015
Tikilib2018
Tikinti xərcləri17,9 milyard
SahibiNijni Novqorod
Tamaşaçı tutumu44899 (rəsmən)
43319 (2018 FİFA Dünya Kuboku)[1]
Ev sahibi komandaNijni Novqorod FK
Meydançanın ölçüləri105 x 68 m
Ot örtüyüGrassMaster (hibrid ot)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas faktlar

2018 FİFA Dünya Kuboku üçün tikilən yeni stadion Spit (Strelki) adı ilə tanınan ərazidə tikilmişdir. Bundan əlavə ərazi iki böyük çayın: VolqaOka çaylarının qovuşduğu hissədə yerləşir. Memarlar Volqa regionunda əsas hava elementləri olan su və küləkdən təsirlənərək stadionu göy, mavi və ağ rənglərinin qarışığından olan bir rəng üslubu ilə klassik tərzdə tikdilər. Stadionun ətrafında olan kolonnadalar işıqlandırıcılarla gecələr stadionu aydınladır. Stadionun görünüşü dairə formada sütunlardan ibarət olan kolonnada şəklindədir. Stadionun üç əsas mərtəbəsi və iki asma qatı var.

Layihənin əhatə etdiyi ərazi 127500 m²-dır.[3]

Nijni Novqorod FK bu stadionda öz ev oyunlarını keçirir. Stadion "Strelka" metro stansiyasının yanında yerləşir.

İnşası

2014-cü ilin sonunda Rusiya İdman Nazirliyi OAO Stroytransgaz şirkəti ilə stadionun tikintisi üçün 16,7 milyard rublluq müqavilə imzaladı. Stadiona çəkilən bütün xərc isə tikintiyə və dizayna çəkilən əlavə xərclər də nəzərə alınaraq 17,9 milyard rubl oldu..[4]

Stadionun tikinti işləri 2015-ci ildə başlandı.

2015-ci ilin sonuna doğru, JSC Stroytransgaz öz ana fəaliyyətini genişləndirdi.

2016-cı ildə bəzi əsas işlər tamamlandı – stadionun bütün mərtəbələri və üst platforması tikildi. İnşaatçılar mühəndislik sistemləri qurmağa başladılar. 2016-cı ilin sonunda şirkət tribunaların üzərindəki metal konstruksiyaları inşa etdi və ərazinin 50 %-indən çoxunu əhatə edən dəstək halqasını da tikdi. Həmin il həm də, stadionun dam örtüyü, fasadı və stadionun ot örtüyü və zəmini tikildi. İşlər yavaş-yavaş yekunlaşırdı.[5][6] Territory improvement and commissioning will be carried out.

Müqavilənin qaydalarına görə işlər 2017-ci ilin dekabrında başa çatmalı idi.

2018 FİFA Dünya Kuboku zamanı

TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı
18 iyun 201815:00  İsveç1–0  Cənubi KoreyaF qrupu42300[7]
21 iyun 201820:00  Argentina0–3  XorvatiyaD qrupu43319[8]
24 iyun 201815:00  İngiltərə6–1  PanamaG qrupu43319[9]
27 iyun 201821:00 İsveçrə2–2  Kosta-RikaE qrupu43319[10]
1 iyul 201821:00  Xorvatiya1–1 (3–2 pen.)  Danimarka1/8 Final40851[11]
6 iyul 201817:00  Uruqvay0–2  Fransa1/4 Final43319[12]

Turnirdən sonra

Stadion multifuksional şəkildə tikilib. Stadionda şoular, konsertlər və digər mədəni tədbirlər keçirilə bilər. Bu idman kompleksinin lobbisi sərgilər və expolar keçirməyə də imkan verir. Arenanın meydançalarına park, futzal meydançaları və tennis kortları daxildir.

İstinadlar