Neptun (mifologiya)

Neptun (lat. Neptunus) — Qədim Roma mifologiyasında dəniz və sel tanrısı. Ən qədim Roma tanrılarından biri sayılır. Sonralar yunan tanrısı Poseydon ilə eyniləşdirilmişdir. Saturnun və Opanın oğlu, Yupiterin, Plutonun, Sereranın, Yunonanın və Vestanın qardaşıdır. Tanrıça Salasiya (Fetida, Amfitrita) Neptunun arvadı idi.

Neptun
MifologiyaQədim Roma mifologiyası, Qədim Romada din
Cinsikişi[d]
Qardaşı və bacısıPluton, Yupiter, Serera, Yunona
Arvadı
Digər mədəniyyətlərdəPoseydon, Axto[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 iyulda qeyd olunan Neptunalilər bayramı Neptunun adı ilə bağlı idi. Bayram quraqlığın qarşısının alınması məqsədilə təşkil olunurdu. Bu bayram zamanı yarpaqlardan komalar tikilirdi.

Həmçinin bax

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.