Nargis (jurnal)


Nargis (azərb. Nərgiz‎) — 13 dekabr 2012-ci ildən etibarən Nargis nəşriyyat evində dərc olunan dəbincəsənət haqqında konseptual jurnaldır.

Nargis
Loqonun şəkli
Baş redaktorÜlviyyə Mahmudova
DövrilikAylıq
Tiraj10 000
NəşriyyatNargis Publishing House
İlk buraxılışı13 dekabr 2012 (11 il əvvəl) (2012-12-13)
ÖlkəAzərbaycan
QərargahBakı
DilRus və digər dillər
ISSN2617-202X
nargismagazine.az

Haqqında

Nargis jurnalının ilk sayının təqdimatı 2013-cü il yanvarın 13-də M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, jurnalın adını daşıdığı professor Nərgiz Paşayevanın doğum günü keçirilib. Təqdimatda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.[1]

Jurnalın həm çap, həm də üç dildə elektron versiyası mövcuddur: rus, azərbaycan və ingilis.

Beynəlxalq nəşrlər

Nargis jurnalının Gürcüstan versiyasının rəsmi təqdimatı 22 dekabr 2014-cü il tarixində Tbilisidə keçirilmişdir. Nargis Georgia-nın baş redaktoru model və Tbilisi Moda Həftəsinin təşkilatçısı Tako Çheidzedir, üz qapağının əsas qəhrəmanı isə Gürcüstanın ilk birinci xanımı Maka Çiçua idi.

Daimi bölmələr

  • Dəb – dəbli illüstrasiyalar, fotosessiyalar, sənayenin dizaynerləri və insayderləri ilə müsahibələr, moda trendlərinin icmalı və s. məlumatlardan ibarətdir.
  • Mədəniyyət – hesabatlar, mədəniyyət və incəsənət xadimləri ilə müsahibələr və s. təşkil edir.
  • Gözəllik – tendensiyalar, yeniliklər, fotosessiyalar icmalı və ekspertlərlə müsahibələr və s..
  • Həyat tərzi – reportaj, tədbirlərin anonsları, müsahibələr və s..

İstinadlar

Xarici keçidlər