NGC 6744

NGC 6744, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Tovuz bürcü istiqamətində yerləşir. SBbc tipli qalaktikadır. Ceyms Dunlop tərəfindən 1826-cı ildə 22.86 sm (9 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.[8]

Qalaktika
NGC 6744
Tədqiqat tarixi
Kəşf edənCeyms Dunlop
Kəşf tarixi1826
İşarələməPGC 62836 • ESO 104-42 • AM 1905-635 • IRAS 19050-6354
Müşahidə məlumatları
(J2000 dövrü)
BürcTovuz
Birbaşa çıxma19s 9d 46.1san[1]
Meyl-63° 51′ 19″[1]
Görünən ölçüləri20.10 x 12.9[2]
Görünən ulduz ölçüsü mV8,25[3]
Xüsusiyyətləri
TipiSBbc
Radial sürəti841 km/san[4][5][…]
Qırmızıya sürüşmə0,002805 ± 0[6]
Məsafə9,51 Mpk[7]
Səth parlaqlığı14.4[2]
Verilənlər bazalarında məlumat
SIMBADNGC 6744
Vikidatada məlumat ?
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Əkiz bacısı"

Əsas məqalə: Süd Yolu

Astronomlar Yer kürəsindən 30 milyon işıq ili uzaqlıqda olan bu qalaktikanı Süd Yolunun "əkiz bacısı" adlandırır. Ölçüsünə görə Süd Yolu qalaktikasından 2 dəfə böyük olan NGC 6744 qalaktikası struktur cəhətdən Süd Yolu qalaktikasına çox oxşardır. Onun da Süd Yolu qalaktikasında olduğu kimi dartılmış mərkəzi sahəsi və dəqiq təsvir olunmuş spiral "caynaqları" var. Həmçinin onda ulduzların yaranma sahələri açıq-aydın görsənir. Bundan əlavə NGC 6744 qalaktikasının qonşuluğunda Süd Yolu qalaktikasına peyki olan Magellan dumanlığına bənzər kiçik peyk qalaktika yerləşir[9].

İstinadlar

Xarici keçidlər