Nöyi sülhü

(Nöyi-sür-Sen müqaviləsi səhifəsindən istiqamətləndirilmişdir)

Nöyi sülhü və ya Nöyi-sür-Sen müqaviləsi (fr. Traité de Neuilly-sur-Seine) — Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərlə məğlubiyyətə uğramış Bolqarıstan arasında 27 noyabr 1919-cu il tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlıqlarındakı Nöyi-sür-Sendə imzalanmış sülh müqaviləsi. Versal-Vaşinqton sisteminin əsasını təşkil edən müqavilələrdən biridir. 9 avqust 1920-ci il tarixində qüvvəyə minmişdir.

Nöyi sülhü
İmzalanma tarixi27 noyabr 1919
İmzalanma yeri
İmzalayanlar Bolqarıstan
ABŞ
 Böyük Britaniya
 Fransa
 İtaliya
 Yaponiya
Dilifransız dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nöyi sülhünün şərtləri:

  • Bolqarıstanın sahəsi 2566 km2 olan 4 rayonu Serblərin, Xorvatların və Slovenlərin Krallığına (1929-cu ildən Yuqoslaviya) verilmişdir.
  • Bolqarıstan Qərbi Frakiyadan və beş il müddətinə Egey dənizinə çıxmaq hüququndan mərhum edilmişdir.
  • Bolqarıstan qalib dövlətlərə 2,25 milyard qızıl frank məbləğində təzminat vermək barədə öhdəlik götürmüşdür.
  • Bolqarıstan öz silahlı qüvvələrini məhdudlaşdırmaq barədə öhdəlik götürmüşdür.

Nöyi sülhü 1923, 1930, 1938, 1940-cü illərdə yenidən nəzərdən keçirilmiş, İkinci Dünya müharibəsindən sonra isə tamamilə qüvvədən itmişdir.[1]

İstinadlar

Əlavə ədəbiyyat

  • Borisova, Galina M. "Bulgaria, Greece and Britain's Policy 1919." Etudes Balkaniques (1983) 19#3 pp 77–91.
  • Buirette, O. "The treaties of Neuilly-sur-Seine (1919) and Sevres (1920), or the redefining of a new Balkan Europe." Bulgarian Historical Review-Revue Bulgare d'Histoire 3-4 (2001): 99-113.
  • Chary, Frederick B. The history of Bulgaria (ABC-CLIO, 2011).
  • Nestor, Stelios. "Greek Macedonia and the Convention of Neuilly (1919)," Balkan Studies (1962) 3#1 pp 169–184. online

Xarici keçidlər