Muzeylər adası

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Muzeylər adasının xəritəsi (qırmızı)
Muzeylər adası, Berlin
Ölkə
TipMədəni
Kriteriya(ii)[d][1], (iv)[d][1]
Keçid896
RegionAvropa və Şimali Amerika [* 1]
Daxil edilməsi1999  (23 sessiya)
Muzeylər adası xəritədə
Muzeylər adası
Muzeylər adası


Muzeylər adası (alm. Museumsinsel‎) — Almaniyanın paytaxtı Berlinin Mitte inzibati dairəsindən keçən Şpree çayının üzərindəki kiçik bir adanın şimal hissəsində sahəsi 1 kvadrat kilometr olan muzeylər kompleksi. 1990-cı ildə Almaniyanın birləşməsi ilə 1945-ci ildən bəri şərq və qərbə bölünən kolleksiyanı yenidən birləşdirmək imkanı yarandı. Muzeylər adası 1999-cu ildən YUNESKO-nun Ümumdünya irsi siyahısındadır[2].

Adanın şimalında yerləşən beynəlxalq səviyyədə tanınan 5 muzeydən ibarət kompleksin muzeyləri:

  • Köhnə muzey (Altes): 1830-cu ildə Karl Fridrix Schinkelin sifarişi ilə tamamlandı.
  • Yeni muzey (Neues): Friedrich Avqust Stülerin planlarına görə 1859-cu ildə tamamlandı. İkinci Dünya Müharibəsində dağıdılmış muzey Devid Çipperfild tərəfindən yenidən qurulmuş və 2009-cu ildə yenidən açılmışdır.
  • Köhnə Milli Qalereya (Alte Nationalgalerie): 1876-cı ildə tamamlanan muzey, Fridrix Avqust Stüler tərəfindən qurulmuşdur.
  • Bode muzeyi: Adanın şimalında yerləşən muzey 1904-cü ildə açılmış və sonradan Kaiser Friedrich muzeyi adlandırılmışdır. Heykəltaraşlıq kolleksiyalarını, qədim antik dövrləri və Bizans sənət əsərləri nümayiş olunur.
  • Perqam muzeyi: kompleksin son muzeyi 1930-cu ildə inşa edilmişdir. Yenidən qurulmuş çoxsaylı və tarixi əhəmiyyətli əsərlərdən ibarətdir.

Muzeylər kompleksi hər il təxminən 3 milyon ziyarətçi qəbul edir[3].

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu