Muxtar Aslanov

Azərbaycanlı sovet alimi

Muxtar Mahmud oğlu Məlik-Aslanov (az. Muxtar Mahmud oğlu Məlik-Aslanov; 27 yanvar 1927, Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ20 sentyabr 1996, Bakı, Azərbaycan Respublikası) — avtomatlaşdırma sahəsində Azərbaycanlı sovet alimi, Azərbaycan Energetika Nazirliyi sədri, SSRİ Dövlət Mükafatı laureatı.[1][2][3]

Muxtar Aslanov
Muxtar Mahmud oğlu Məlik-Aslanov
Doğum tarixi27 yanvar 1927(1927-01-27)
Doğum yeriTuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi20 sentyabr 1996(1996-09-20) (69 yaşında)
Vəfat yeriBakı, Azərbaycan Respublikası
Dəfn yeri
Həyat yoldaşıSolmaz xanım
UşaqlarıRüfət, Afaq, Gülnarə
AtasıMahmud
AnasıAftab xanım
Elmi dərəcəsi
MükafatlarıSSRİ Dövlət mükafatı Azərbaycan SSR əməkdar mühəndisi

Həyatı

Muxtar 1927-ci il yanvarın 27-də Tuğ kəndində anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.

30-cu illərin repressiyaları zamanı ailəni respublikanın cəza orqanlarının diqqətindən bir növ qorumaq üçün atası Mahmud Məlik-Aslanov "Aslanov" soyadını götürməyə qərara gəlir.

1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

1949-cu ildə təhsilini bitirən Muxtar neft mədənlərində texnik, mühəndis, baş mühəndis, idarə rəisi vəzifələrində işləyib, həmçinin Sumqayıt və Bakının neft-kimya sənayesində rəhbər vəzifələrdə çalışıb.

Fəaliyyəti

  • 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun aspiranturasını (1959) bitirmişdir.
  • 1955-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İttifaqında hakim partiyaya üzv olub.
  • 1958-ci ildə Sumqayıtda təşkil olunmuş "Neft Kimya-avtomat" Eİİ-də aparıcı mühəndis, laboratoriya rəhbəri və şöbə müdiri vəzifələrində çalışıb.
  • 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun texniki elmlər namizədi elmi dərəcəsini alır və baş elmi işçi adına layiq görülüb.[4]
  • 1959-cu illərin sonlarında Neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və alətlər kompleksinin yaradılması və tətbiqi sahəsində, "Nefteximavtomat" Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) yerlərdə mütəxəssis işləmiş, burada neft sənayesində avtomatlaşdırma və hesablama texnikası kompleksinin tətbiqi üzrə məsul şöbə müdiri olmuşdur.
  • 1969-cu ildə Sovet İttifaqının neft mədənlərində geniş miqyasda avtomatik və telemexaniki qurğuların yaranması, istehsalı və tətbiqi sahəsindəki böyük xidmətlərinə görə Muxtar SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülüb.[2]
  • 1974-cü ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.[4][5]
  • Həmçinin 40 elmi əsərin və 10 ixtiranın müəllifidir, bəzi ixtiraları xarici ölkələrdə patentləşdirilmişdir.[1]
  • 14 aprel 1992 – 09 sentyabr 1992 Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin (indiki Energetika Nazirliyi) sədri vəzifəsində çalışıb.[3]

Ailəsi

Mükafatları

Sovet ittifaqı komunist partiyası mərkəzi komitəsi və SSRİ Nazirlər Sovetininnin 6 noyabr 1969-cu il tarixli qərarı ilə SSRİ Dövlət Mükafatı verildi.

"Azərneft" və "Azərdəniz" neft birliklərində fəaliyyətinə görə Azərbaycan SSR Əməkdar Mühəndisi, Əməkdar Neftçi fəxri adlarına layiq görülmüşdür.

Həmçinin bax

İstinadlar

Mənbələr

  • Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin "Elm və texnika sahəsində SSRİ Dövlət Mükafatlarının verilməsi haqqında" qərarı. "Pravda" qəzeti, 7 noyabr 1968–1975
  • Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.