Muxax

MuxaxAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Muxax
41°34′09″ şm. e. 46°42′15″ ş. u.
Ölkə Azərbaycan
RayonZaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü463 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.320 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksiAZ1008
Xəritəni göstər/gizlə
Muxax xəritədə
Muxax
Muxax

Mədəniyyəti

Kənd 13 obadan ibarətdir. Kənddə 3 orta məktəb, 2 əsas məktəb, 1 xəstəxana, mədəniyyət evi[1], uşaq bağçası, məscid binası, futbol meydançası, poçt, 1408 nömrəlik ATS vardir.

Tarixi abidələr: XIX əsrdə tikilmiş məscid, 5 hücrə, 2 qədim qəbristanlıq.

Coğrafiyası və iqlimi

Muxax kəndi, rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı Tala, cənub-şərqdən Zəyəm, cənubdan isə Çobankol, Qımır, Bazar, Əliabad kəndləri ilə həmsərhəddir.

Kəndin ərazisi 3230 hektardir.

Əhalisi

Muxax kəndi əhalisinin milli tərkibi
Etnik qrupSayı, 1970 sa.[2]Nisbəti, 1970 sa.[2]
cəmi3 989100 %
saxurlar219253.9

%

azərbaycanlı179446.1%
digər41 %

Əhalisi təqribən 9000 nəfər, əsasən azərbaycanlılar və saxurlardan, dini mənsubiyyətləri İslamdır.

Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Muxax Bələdiyyəsi tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

Din

Kənddə Muxax kənd məscidi dini icması fəaliyyət göstərir[3].

İstinadlar