Mustafa Paşa Məscidi

Mustafa Paşa Məscidi — Şimali Makedoniyanın paytaxtı Skopyedə yerləşən keçmiş Osmanlı məscidi.

islam
Mustafa Paşa Məscidi
Ölkə
ÜslubuOsmanlı memarlığı
Mustafa Paşa Məscidi xəritədə
Mustafa Paşa Məscidi
Mustafa Paşa Məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yerləşmə yeri

Məscid Skopye qəsrinin aşağı hissəsində, qalanın qarşısındakı yolun o biri tərəfində yerləşir. Məscidin altındakı ərazi Skopyenin ən məşhur yerlərindən biri olan tarixi Türk bazarıdır. Qala, məscid və bazarın yerləşdiyi bu ərazi şəhərin tarixi hissəsidir.[1]

Tarixi

Skopye Türk bazarının bir qədər yuxarısında yerləşən məscid 1492-ci ildə Yavuz Sultan Səlimin vəziri Mustafa Paşa tərəfindən tikilib. Paşanın adına məscidin girişindəki kitabədə rast gəlinir. Mustafa Paşa, II. Bayezid və Yavuz Sultan Səlimin vəziri oldu. O, dövründə öz vəzifəsində çox faydalı olmuş dövlət xadimidir.[2]Məscid müasir dövrə qədər özünəməxsus quruluşunu və möhtəşəmliyini qoruyub saxlamışdır. Tarixi dövrdə məscidə heç bir əlavə edilməmiş, indiki quruluşu olduğu kimi saxlanılmışdır.1963-cü ildə baş verən zəlzələdə zədələnmiş və 1968-ci ildə yenidən ibadət üçün açılmışdır. 2006-cı ildən 5 ildir ki, TİKA tərəfindən bərpa işləri aparılır.[3]

Qalereya

İstinadlar