Mozambik metikalı

Mozambik metikalıMozambik dövlətinin pul vahididir.

Mozambik metikalı
Metical de Moçambique
Kod və simvol
ISO 4217 koduMZN (943)
SimvolMT
AbreviaturaMT
Dövriyyə ərazisi
Emitent ölkə Mozambik
Əvəzedici və paralel vahidlər
Kiçiksentavo (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr1, 5, 10, 50 sentavo və 1, 2, 5, 10 metikal
Əsginas20, 50, 100, 200, 500, 1000 metikal
Tarixi
Dövriyyəyə buraxılma16.06.1980
Əvvəlki valyutaMozambik eskudosu
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bankMozambik Mərkəzi Bankı
 bancomoc.mz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pul mübadiləsində 20, 50, 100, 200, 500 və 1000 metikallıq əsginaslardan, 1, 5, 10, 20 və 50 sentavoluq, 1, 2, 5 və 10 metikallıq sikkələrdən daha çox istifadə olunur.

Tarixi

Köhnə metikal (MZM)

Metikal (MZM) 1980-ci ilin iyunun 16-sından eskudonu əvəz etmişdir.[1] Metikal hiperinflyasiyaya məruz qaldı və bir müddət təxminən mübadilə kursuyla 24 500 metikal bir Amerika dollarına (USD) bərabər idi və dünyada ən az qiymətli valyuta ünvanına sahib olmuşdur. Bu titul 2005-ci ilin avqust ayından Zimbabve dollarına ötürüldü.

Yeni metikal (MZN)

1 iyul 2006-cı ildə Mozambik məzənnə ilə 1000:1 nisbətində denominasiya edən metikala keçdi. ISO 4217-də metikalın yeni kodu MZN qəbul edilmişdir. Yeni əsginaslar və sikkələr 1 iyul 2006-cı il tarixində təqdim edilmişdi. Keçid dövrü zamanı həm köhnə, həm də yeni valyutadan mübadilədə istifadə olunurdu. 31 dekabr 2006-cı ildə keçid dövrü başa çatdı. Yeni metikallar üçün həmin dövrdə MTn ixtisarından istifadə olunurdu. Sonradan MT ixtisarından yenidən istifadə olunmağa başladı.

Köhnə metikal 31 dekabr 2012-ci ilə qədər Mozambik Mərkəzi Bankı tərəfindən qəbul edilmişdir.

Əsginaslar

1994—2006-cı illər arasında inflyasiya ildə minlərlə faiz təşkil edirdi. Hətta 1994-cü ildə 500 000 nominallı metikal əsginası buraxılmışdı.

2006—2011-ci il seriyası nümunələri

Dövriyyədə 2006 və 2011-ci il buraxılışlı 20, 50, 100, 200, 500 və 1000 metikallıq əsginaslardan istifadə olunur.

2006-cı il seriyası
TəsvirNominal
(metikal)
Ölçü
(mm)
Əsas
rənglər
TəsvirMöhür
ili
АversReversAversRevers
20141×65bənövşəyi,
çəhrayı
Maşela Somorun portretikərgədanlar2006
2011
50144×65qəhvəyi,
sarı
Böyük kudu
100147×65qırmızı,
çəhrayı
zürafə
200150×65göy,
yaşıl
şir
500153×65qəhvəyi,
qırmızı
camışlar
1000156×65yaşıl,
mavi
Afrika savanna fili

Əsginasların rəsmiləşdirilməsi onu göstərir ki, 2011-ci il seriyası 2006-cı il seriyasını tamamilə təkrarlayır. Yalnız 20, 50 və 100 metikallıq əsginaslar plastik kütlədən hazırlanmışdır. Seriya əsginasları 2006-cı il köhnəlmə müddətində mübadilədən götürüləcəkdir.

Valyuta məzənnəsi rejimi

Hazırkı MZN mübadilə məzənnəsi
Google Finance əsasən:AUD CAD CHF EUR GBP HKD JPY USD
Yahoo! Finance əsasən:AUD CAD CHF EUR GBP HKD JPY USD
XE.com əsasən:AUD CAD CHF EUR GBP HKD JPY USD
OANDA.com əsasən:AUD CAD CHF EUR GBP HKD JPY USD
fxtop.com əsasən:AUD CAD CHF EUR GBP HKD JPY USD
Currency.wiki əsasən:AUD CAD CHF EUR GBP HKD JPY USD

İstinadlar

Xarici keçidlər