Morj

Su inəyi[3] (Erkəyinə Su öküzü deyilir) və ya Morj[4] (lat. Odobenus rosmarus) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan növ. Yaşlı fərdi asanlıqla cavan fərddən fərqləndirmək olur. Bu dəniz canlısı ölçülərinə görə pərayaqlılar arasında yalnız Dəniz filindən geri qalır[5]. Arealı əsasən Arktika qurşağında yerləşir.

Morj
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
İnfradəstə:
Arctoidea
Klad:
Pan-Pinnipedia
Klad:
Pinnipedimorpha
Klad:
Pinnipediformes
Klad:
Pinnipedia
Fəsiləüstü:
Otarioidea
Fəsilə:
Cins:
???:
Morj
Beynəlxalq elmi adı

Görünüşü

Nəhəng dəniz məməlisi olan morjlar qalın dəriyə malikdirlər. Ön yuxarı yırtıcı dişləri digərlərinə nisbətdə yaxşı inkişaf etmişdir. Uzun olub, aşağı istiqamətlənmiş formadadır. Geniş sifətə malikdir. İri bığcıqlara sahibdir[6]. Xariçi qulaq eyvanı yoxdur, gözləri kiçikdir.

Dərisi sarı rəngli tükcüklərlə sahibdir. Yaşlandıqca tüklərin sayı azalır. Yaşlı fərdlərdə demək olar ki, tük olmur. Ətraflar quruda daha çox hərəkət etməyə vərdişlidir. Morjlar gəzə bilirlər. Onlar suitilərdən fərqli olaraq sürünmürlər.

Anatomiya

Morj öz iri dişlərini buzun üzərinə çıxmaq məqsədi ilə istifadə edir.
Skelet

Sakit okean morjlarının erkəkləri bəzən 2000 kq çəki verə bilir. Adətən isə 800 - 1700 kq arası olurlar. Atlantik yarımnövü ölçü baxımından 10—20 % kiçik olurlar. Atlantik yarımnövünün dişləri kiçik olur. Sakit okean yarımnövü isə ölçü baxımından nisbətən iri olurlar. Dişilər erkəklərdən bəzən üç dəfə kiçik olurlar. Atlantik yarımnövünün dişiləri 560 kq, bəzən isə 400 kq, Sakit okean yarımnövünün dişisi isə 794 kq və 2,2 - 3,6 m uzunluğunda olur.Bu canlılarda əsasən iki çüt süd döşü olur. Nadir hallarda 5 süd döşü müşahidə edilir. Süd vəzləri qalın dərinin altında yerləşir. Bəzən müxtəlif səslər çıxarırlar.

Dişləri

Morjları digər dəniz calılarından fərqlədirən əsas xüsusiyyətləri iki iri uzun dişləridir. Onların hər biri bəzən bir metrə çata bilir. Çəkiləri isə 5,4 kq təşkil edir. Bu dişlər erkklərdə dişilərə nisbətdə iri olur. İri dişə sahib erkək qrupun liderinə çevrilir. Diş onların asanlıqla su səthinə çıxmağa yardım göstərir.

Dərisi

Morjlar qalın dəriyə malik olurlar. Erkəklərin boyun və qol nahiyyəsində dərinin qalınlığı 10 sm təşkil edir. Piy qalınlığı 15 sm olur. Cavan fərdlərin dərisi tünd-qəhvəyi, yaşlılarda isə solğuldur. Bəzən tamamən ağ rəngdə olurlar.

Yarımnövləri

Morjlar üç yarımnövə bölünür[7]:

  • Sakitokean morju (Odobenus rosmarus divergens Illiger, 1811)
  • Atlantik morju (Odobenus rosmarus rosmarus Linnaeus, 1758)

Bəzən Laptev morju (Odobenus rosmarus laptevi Chapskii, 1940) müstəqil yarımnöv hesab edilir[8]. Analizlər nəticəsində bu yarımnövün müstəqil olması isbat edilməmiş və Sakitokean yarımnövünün qərb populyasiyası olması isbat edilmişdir.

Yayılma və populyasiya

1990-ci il qiymətləndirilməsinə görə Sakit okean yarımnövünün sayı 200 min baş olmuşdur.[9][10]Sakitokean populyasiyasının böyük qismi Berinq boğazıÇukot dənizi sularında yayılmışlar. Arealın şimal sərhədi Vrangel adası və Bofort dənizinin şimal hissəsini əhatə edir. Cənub arealı isə Çukot yarımadası ətrafı ərazilərdə Bristol körfəziAnadır körfəzi ətrafı ərazilərdə yerləşir.[5] Onların qalıqları hətta Şimali Kaliforniya sahillərində belə rast gəlinmişdir. Son buzlaşma dövründə onların bu ərazidə yaşaması faktdır[11]

Atlantik morjunun demək olar ki böyük hissəsi ovlanmışdır. Hazırda sayları 20 min baş olaraq qiymətləndirilir.[12][13]. Bu yarımnövün arealı Arktik Kanada, ŞpitsbergenQrenlandiya sahillərini təşkil edir.[14]. Atlantik okeanın şərq sahillərində əsasən Kanada sahillərində görünürlər[15]

Laptev morj populyasiyası əsasən Laptevlər dənizi, Kara dənizinin şərq və Şərqi Sibir dənizinin qərb hissəsində yayılmışdır. Sayları 5-10 min baş olaraq qiymətləndirilir.[16]

Xüsusiyyətləri

Morjlar olduqca təhlükəli canlılardır. Onlar iri dişləri ilə hətta qayığı belə dağıda bilirlər. Nadir hallarda onlar özləri birinci hücum edirlər. Qrup halında yaşayırlar. Sualtında 10 dəqiqə qala bilirlər. Qidasının əsasını kiçik molyusklar və digər onurğasızlar təşkil edir. Onların suitlərə hücumu mümkündür. Morjlar həmcinin balıq yeyirlər. Üç-dörd ilə bir bala verirlər. 6 ay müddətində bala südlə bəslənir. Anaları ilə birlikdə 3-4 il yaşayırlar.

İri dişləri həm hücum həmdə müdafiə məqsədlidir.[6]. Üstəlik erkəklər dişilərə sahiblənmək məqsədi ilə bir-biri ilə mübarizə aparırlar. Onlar dişlərinin hesabına buz və ya qayalı sahillərə çıxa bilirlər. Əbəs yerə yunanca adı «dişi ilə gəzən» mənasını bildirir.

Düşmənləri

İnsandan bаşqa təbii düşmənləri, Ağ ayıOsadır. Morjlar bəzən xariçi və daxili parazitlərdən əziyyət çəkirlər

İnsan tərəfindən ovlanması və populyasiyanın müasir vəziyyəti

.

XVIII—XIX əsrlərdə bu canlılara qarşı kütləvi ov həyata keçirilirdi. Bu isə Atlantik populyasiyasının demək olan ki, məhv olmuşdurlar[17].

Hazırda isə onlara qarşı ov qadağan edilmişdir. Bircə bu canlıların ovunu həyata keçirməyə şimal xalqları olan EskimoslarÇukçalara icazə verilmişdir[18].

Onlara qarşı ov əsasən yayın sonları həyata keçirilir.[19] ət qaxac edilir və qış idasının əsasını təşkil edir. Bu ət şimal xalqlarının əsas qidasını təşkil edir[20]. Bu canlıların sümükləri yerli xalqların folklor nümumələrində istifadə edilir.

Morjlara qarşı ov əsasən Rusiya, ABŞ, KanadaDanimarka tərəfindən həyata keçirilirdi[21][22]. Morjlara qarşı hazırda əsas təhlükə iqlim dəyişkənliyidir. Bu onların arealının daralmasına səbəb olur. Üstəlik qidaları azalır.[23]

Hazırda bu canlıların dəqiq sayları haqqında məlumat yoxdur[24]. Bununla belə bir çox ölkələrdə bu canlılar qırmızı kitaba daxil edilmişdir[25].

Maraqlı fakt

Morj penisi, aleutlar tərəfindən qoparılmışdır. Uzunluğu 56 sm.
  • Morj penisi 50 sm təşkil edir[26].

İstinadlar