Mirzə Məhəmməd bəy Qayıbov

Qayıbov Mirzə Məhəmməd bəy Mirzə Məhəmmədəli bəy oğlu — Qarabağ bəyi, din xadimi.

Mirzə Məhəmməd bəy Qayıbov
Mirzə Məhəmməd bəy Mirzə Məhəmmədəli bəy oğlu Qayıbov
Doğum tarixi
Doğum yeriŞuşa, Şuşa qəzası, Rusiya imperiyası
Vəfat yeriŞuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
AtasıMirzə Məhəmmədəli bəy Qayıbov
Fəaliyyətidin xadimi
Fəaliyyət illəriXIX-XX əsrlər

Həyatı

Mirzə Məhəmməd bəy Qayıbov 1832-ci ildə Şuşada anadan olmuşdur. O, atasının dərs dediyi Şuşa qəza məktəbində oxumuşdur. Mükəmməl mədrəsə təhsili almış Mirzə Məhəmməd bəy Qayıbov Qarabağda din xadimi kimi tanınmışdır. Onun Mehdi bəy, Əbdüləzim bəy adlı iki oğlu olmuşdur.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Mirzə Məhəmməd bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın nəticəsidir.

Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə Məhəmməd bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın kötücəsidir.

Mənbə

  • Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). "Soy" dərgisi, 1 (4), 2005.
  • Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağlı Qayıbovlar. "Yeniləşən Azərbaycan" qəzeti, 17-25 may 2013, № 17 (127)

Həmçinin bax