Mirələm Mirələmov

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Mirələm Mirələmov
Mirələm Fərman oğlu Mirələmov
Ümumi məlumatlar
Doğum tarixi4 noyabr 1988(1988-11-04) (35 yaş)
Doğum yeri
Vətəndaşlığı
MilliyyətiAzərbaycanlı
AtasıFərman Mirələmov
AnasıLətifə Mirələmova
Musiqiçi məlumatları
Fəaliyyətixanəndə
Janrmuğam
Musiqi alətləriqaval, dəf
Təhsili

Mirələm Mirələmov (4 noyabr 1988, Şamaxı) — müğənni, xanəndə. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistidir. 2011-ci ildə Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub.

Mirələm Mirələmov 4 noyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 1996–2004-cü illərdə Şamaxı şəhərinin Məhəmməd Hadi adına 9 saylı orta məktəbində təhsil alıb. 2004-cü ildə 9-cu sinfi bitirərək mədəni marif texnikumuna daxil olub və iki ildən sonra Azərbaycan Milli Kansorvatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadənin xanəndəlik sinfində təhsilini davam etdirib. Mirələm təhsilini 2008-ci ildə bitirir. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına, Professor Arif Babayevin sinfinə daxil olur. 2016-cı ildə Konservatoriyanın bakalavır pilləsini bitirib. Alim Qasımovdan dərs alıb.[1]

  • 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında səfir qismində çıxış edib.[2]
  • 2021-ci ildə "Xarıbülbül" musiqi festivalında çıxış edib.[3]
  • 2022-ci ildə Mərakeşin Fəs şəhərində Sufi Mədəniyyəti Festivalında çıxış edib.[4]
  • 2022-ci ildə Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları" layihəsində çıxış edib.
  • 2022-ci ildə Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalında çıxış edib.[5]
  1. Rumıniya
  2. İtaliya
  3. Avstriya
  4. Almaniya
  5. İsveçrə
  6. Mərakeş
  7. Özbəkistan
  8. Qırğızıstan
  9. ABŞ
  10. İngiltərə
  11. Avstraliya
  12. Yunanıstan
  13. Gürcüstan[6]

Naviqasiya menyusu