Milad ağacı

Milad ağacı və ya Yeni il ağacıağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq MiladYeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir.[1] Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki EstoniyaLatviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir.[2][3] XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır.[2][4]

Bakıda süni şamlar, çiçəklər və digər dekorlarla bəzədilmiş klassik şam ağacı

Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi.[2] İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar[5], advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir.[6][7] Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsi və şokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır.

Tarixi

Müasir Milad ağacının mənşəyi

Müasir Milad ağacının mənşəyi erkən modern Almaniyada İntibah dövrünə qədər gedib çatır. XVI əsrdə protestant xristian islahatçı Martin Lüterin ilk dəfə həmişəyaşıl ağaca işıqlı şamlar asdığına inanılır.[8][9][10] Alman lüteranlar tərəfindən Milad ağacının bəzədilməsi ilk dəfə XVI əsrdə qeydə alınmışdır və həmin məlumatda bildirilir ki, 1539-cu ildə Protestant islahatçılardan Martin Buçerin liderliyi ilə Milad ağacı Strasburq kafedralında yerləşdirilmişdir.[11][12] Morav xristianları ilk dəfə Milad ağacını şamlarla bəzəməyə başlamışlar.[5][13] Milad ağacının dəqiq tarixi bilinən ən qədim təsviri Fransanın Qrand Est regionundakı (keçmiş Elzas) Türkheym kommunasındakı şəxsi evin açardaşı üzərindəki 1576-cı ilə aid qabartmadır.[14]

Mümkün sələflər

Müasir Milad şam ağacı orta əsr misteriyalarında müxtəlif ölkələrdə Adəm və Həvvanın xatirə günü münasibətilə 24 dekabrda bəzədilən Cənnət ağacı ilə əlaqəlidir. Bu cür pyeslərdə dekor kimi istifadə edilən ağac, almalar (bilgi, xeyir və şər ağacının məhsullarını, dolayısıyla Məsihin öz üzərinə aldığı İlk Günahı təmsil edir) və dairəvi ağ vaflilərlə (Yevxaristiya və bağışlanmanı təmsil edir) bəzədilirdi.[15] Sonradan, Doğulma səhnəciyi kimi Cənnət ağacı da tədricən evlərdə yerləşdirilməyə başlamışdı. Ağacın bəzədilməsində istifadə edilən almalar isə parlaq şarlarla əvəzlənmişdir.[16][17]>[18][19][20][21]

Son orta əsrlərdə, müasir Milad ağacının ilk sələfi XV əsrdə Portuqaliyadakı sistersian Alkobasa monastırında qeydə alınmışdır. Sistersian ordeninin yüksək rütbəli yerli idarəçisinin qeydi Milad ağacının bilinən ən qədim yazılı xatırlanmasıdır: "Milad budağının necə qoyulması haqqında qeyd-scilicet: Miladqabağı böyük yaşıl dəfnə budağı axtarın, çoxlu qırmızı portağal toplayın, onları budaqdan asın və hər birinin üstünə şam qoyun, budağı kəndirlə əsas altar şamının arxasındakı dirəkdən as."[22]

Digər mənbələr 1600-cü illərdə Almaniyada ilk qeydə alınmış Milad ağacları ilə xristianlıqdan əvvəlki ənənələrə xas ağaclar arasında əlaqə görsələr də, bu mövqe mübahisə mövzusudur.[23] "Britannika Ensiklopediyası"na görə, həmişəyaşıl ağaclar, çələnglər və girlyandların istifadəsi qədim misirlilər, çinlilər və yəhudilərin adətləri idi. Ağaca ibadət xristianlıqdan əvvəl avropalılar arasında geniş yayılmışdı, xristianlığın qəbulundan sonra isə Şeytanı qorxutmaq üçün Skandinaviya ölkələrində evlərin Yeni il qabağı həmişəyaşıl bitkilərlə bəzədilməsi və Milad qabağı quşlar üçün Şam ağacı bəzədilməsi ilə özünü büruzə vermişdir.[24]

Qədim Romada qışın ortasında keçirilən Saturnaliya bayramı zamanı evləri həmişəyaşıl ağacların budaqlarından hazırlanmış çələnglərlə bəzəyirdilər, xristianlığın yayılmasından sonra isə bu adət Milad bayramına uyğunlaşdırılmışdır.[25] Qədim Roma şairi Qay Valeri Katull "Epitalamium" adlı poemasında tanrıların Peyelanın evini dəfnə və sərv ağacları ilə bəzəmələrindən bəhs edir. Daha sonrakı dövrdə isə Libaniy, Tertullianİohann Xrisostom həmişəyaşıl ağacların xristianlar tərəfindən evlərin bəzədilməsində istifadə edildiyini yazırlar.[26]

Vikinqlərsakslar arasında ağaca ibadət ənənəsi yayılmışdı.[25] Donarın palıdını kəsmiş Müqəddəs Bonifatsinin tarixçəsi paqan dinlərə inanan almanların VIII əsr adətlərini əks etdirir. Həmin hekayənin daha sonrakı dövrə aid variantında isə kəsilmiş palıdın yerində bitən həmişəyaşıl ağac dil açaraq özünün üçbucaqlı formasının Müqəddəs Üçlüyə işarə etdiyini və yüksələrək səmanı göstərdiyini deyir.[27][a]

Regionlara görə tarixi ənənələr

Danimarka rəssamı Viqqo Yohansenin çəkdiyi rəsm (Xoşbəxt yeni il, 1891)

Yeni il ağacı Bütpərəstlik dinindən gələn bir ritual mərasimdir. Yarpaq tökməyən ağacları və çələngləri "Ölümsüz həyatın simvolu" olaraq istifadə etmək, köhnə Misirlilərin, Çinlilərin və Yəhudilərin ortaq bir ənənəsi idi. Avropalı bütpərəstlər arasında məşhur olan ağaca inanma, Xristianlığı mənimsəmələrindən sonra, Skandinaviyalıların şeytanı qorxudub qaçırmaq və Milad zamanında quşlar üçün bir ağac hazırlamaq üzrə həm ev, həm də ambarların Yeni il ağacları ilə təchiz etmək ənənəsi formasında keçirdi. Almaniyada da qış ortasına rast gələn tətillərdə evin ya girişinə, ya da içinə bir "Yol" ağacı qoyulurdu.

Bir sıra mənbələrdə göstərilir ki, XVI əsrdə alman xalqı tərəfindən "Milad ağacı" (alm. Weihnachtsbaum‎) və ya daha dəqiq köhnə variantda (alm. Klausbaum‎) hazırlanmışdır, lakin bəzi mənbələrdə isə "Yeni il ağacı"nın 1510-cu ildə bayram ərəfəsində Çexiyanın paytaxtı Praqada hazırlanması qeyd olunur. Bayramdan sonra isə ağc yandırılmışdır. Yeni il ağacı özündə xristian dininə və dilə aid olan xüsusiyyətləri daşıyır. Buna görə də, ilk Yeni il ağacı Praqada yaşayan Martin Lüter tərəfindən evdə qoyulan ağac hesab olunur.[28]

2011-ci ildə bayram ərəfəsində Estoniyanın paytaxtı Tallin şəhəri ilə Çexiyanın paytaxtı Praqa şəhərləri arasında mübahiə baş verdi. Tallin şəhərinin nümayəndələrinin iddiasına görə, ilk dəfə Yeni il ağacı Çexiyadakından 400 il əvvəl Tallində qoyulmuşdur.[29]

Qalereya

Qeydlər

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Həmçinin bax