Meydan TV

Meydan TV 10 mart 2013- cü ildə Emin Milli, Həbib Müntəzir və Camal Əlinin təsisçiliyi ilə yaradılmış internet kanalı.[1][2] Kanal ilk dəfə 15 may 2013- cü ildə peyk vasitəsilə yayımlanıb. Meydan TV Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumudur. Müstəqil fəaliyyət göstərdiyi üçün zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

Meydan TV
Loqonun şəkli
Meydan TV- nin loqosu
ÖlkəAlmaniya Almaniya
DilAzərbaycan dili
Baş qərargahBerlin, Almaniya
Yaranma tarixi15 may 2013
RəhbərlikEmin Milli (2013-2019)
ŞüarAzad və alternativ media kanalı
Saytmeydan.tv

2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində Meydan TV-nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hack olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

İstinadlar

Xarici keçidlər