Marvel Kinematoqrafiya Kainatı: Üçüncü faza

Marvel Kinematoqrafiya Kainatının Üçüncü fazasıMarvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası.

Üçüncü faza
ing. Marvel Cinematic Universe Phase Three
Fazanın ilk filmi Kapitan Amerika: Vətəndaş müharibəsi
Fazanın ilk filmi Kapitan Amerika: Vətəndaş müharibəsi
Janrsuperqəhrəman filmi
Rejissorlar
Prodüserlər
Ssenari müəllifləri
  • Ceyms Qann[d]
  • Kristofer Markus[d]
  • Stefen Makfili[d]
  • Pol Radd[d]
  • Nikol Perlman[d]
İstehsalçılar
Distribütorlar

Walt Disney Studios Motion Pictures

Sony Pictures Releasing
İlk baxış tarixi2016
Büdcə

Ümumi (11 film):

$2,294–2,403 milyard
Gəlir

Ümumi (11 film):

$13,505 milyard
ÖlkələrABŞ ABŞ
Dilingilis dili
İl2016–19
Əvvəlki filmMarvel Kinematoqrafiya Kainatı: İkinci faza
Sonrakı filmMarvel Kinematoqrafiya Kainatı: Dördüncü faza
Rəngrəngli

Filmlər

Üçüncü faza[1][2]
SıraAzərbaycanca adıOrijinal adıRejissor(lar)Ssenarist(lər)Prodüserİlk baxış
13Kapitan Amerika: Vətəndaş müharibəsiCaptain America: Civil WarAntoni Russo və Coe RussoKristofer Markus və Stefen MakfiliKevin Fayqi ABŞ

6 may 2016

14Doktor StrencDoctor StrangeSkott DerriksonSkot Derrikson, Robert Karqill və Con Spaits ABŞ

4 noyabr 2016

15Qalaktika mühafizəçiləri 2Guardians of the Galaxy Vol. 2Cems Qunn ABŞ

5 may 2017

16Hörümçək-adam: Evə qayıdışSpider-Man: HomecomingCon VattsCon Vatts, Conatan Qoldstein, Con Fransis Deley, Kristofer Ford, Kris Makkenna və Erik SommersKevin FayqiEmi Paskal ABŞ

7 iyul 2017

17Tor: RaqnarökThor: RagnarokTaika VaititiKristofer Yost, Kreiq Kayli və Stefani FolsomKevin Fayqi ABŞ

3 noyabr 2017

18Qara panteraBlack PantherRian KuqlerCoe Robert Kole və Rian Kuqler ABŞ

13 fevral 2018

19Qisasçılar: Sonsuzluq savaşıAvengers: Infinity WarAntoni Russo və Coe RussoKristofer Markus və Stefen Makfili ABŞ

27 aprel 2018

20Qarışqa-adam və Eşşək arısıAnt-Man and the WaspPeyton RidKris Makkenna, Erik Sommers, Andreu Berrer, Paul Rudd və Qabriel Ferrari ABŞ

6 may 2018

21Kapitan MarvelCaptain MarvelAnna Boden və Rian FlekMeq Lifauvi, Nikole Perlmen və Ceneva Robertson ABŞ

8 mart 2019

22Qisasçılar: FinalAvengers: EndgameAntoni Russo və Coe RussoKristofer Markus və Stefen Makfili ABŞ

26 aprel 2019

23Hörümçək-adam: Evdən uzaqdaSpider-Man: Far From HomeCon VattsKris Makkenna və Erik SommerKevin FayqiEmi Paskal ABŞ

2 iyul 2019

Kapitan Amerika: Vətəndaş müharibəsi (2016)

Sakoviada Altronun Qisasçılar tərəfindən məğlub edilməsindən təxminən bir il sonra Stiv Rocers, Nataşa Romanova, Sem Uilson və Vanda Maksimova Brok Rumovun labarotoriyadan bioloji silah oğurlamasının qarşısını almaq üçün Laqosda əməliyyat hazırlayırlar. Tutulan Rumlov özünü partladaraq Rocersi öldürmək istəyir. Amma düyməyə basmamış Maksimova telekinez bacarıqlarını istifadə edərək partlamanı başqa istiqamətə çevirir. Bununla da yaxınlıqda yerləşən binada yaşayan bir neçə Vakandalı insanı yanlışlıqla öldürür. Hadisə mətbuatda ciddi təsir göstərir. Həmin anda ABŞ Dövlət Departamentindən Taddeus Ross Qisasçılara BMT-nin hazırladığı Sakovia müqaviləsini təqdim edir. Toni Stark Altronun yaranmasında və Sakoviada səbəb olduğu dağınıtlarda iştirakına görə dövlət nəzarəti altında qalmağın tərəfindədir. Komandanın digər lideri[3][4] Stiv Rocers isə siyasətçilərdən daha çox şəxsi mühakiməsinə güvəndiyini bildirərək sövdələşməni rədd edir. Filmin əsas mövzusu 2006-cı ildə məhdud sayda nəşr edilən Vətəndaş müharibəsi komiksinə əsaslanır.[5]

2014-cü ilin yanvar ayında Antoni və Coe Russo üçüncü Kapitan Amerika filminə rejissorluq etmək üçün yenidən müqavilə imzaladılar. İlk iki filmdə olduğu kimi Kris Evans Kapitan Amerika roluna, Kevin Fayqi prodüserliyə, Kristofer Markus və Stefen Makfili isə ssenari yazmağa davam etdilər. 2014-cü ilin oktyabr ayında filmin adının rəsmi olaraq Kapitan Amerika: Vətəndaş müharibəsi olduğu açıqlandı. Filmdə Robert Dauninin də Toni Stark / Dəmir adam olacağı bilindi. Üçüncü dönəmin ilk filmi olan Kapitan Amerika: Vətəndaş müharibəsinin çəkilişləri 2015-ci ilin aprel ayında Atlantada başladı və 2015-ci ilin avqust ayında bitdi. Filmin premyerası 12 aprel 2016-cı ildə Hollivudda baş tutdu. 27 apreldə dünya üzrə, 6 mayda isə ABŞ üzrə ilk baxışa çıxarıldı.

Filmdə 2017-ci ildə solo filmi çıxan Tom Holland (Piter Parker / Hörümçək-adam) və 2018-ci ildə solo filmi çıxan Çadvik Bosemen (Tiçalla / Qara pantera) kinematoqrafiya kainatında ilk dəfə təqdim edilmişdir. Uilliam Hart 2008-ci il istehsalı İnanılmaz Halkda canlandırdığı Tunderbolt Ross rolunu ABŞ Dövlər Departamentinin başçısı olaraq filmdə yenidən canlandırmışdır.[6] Russo qardaşları Qara panteranın Stiv Rocers və Baki Bernersə Vakandaya sığınmalarına icazə verdiyi "post-credits" səhnə üçün Vakandanın görünüşü və dizaynı mövzusunda Qara panteranın rejissoru Rian Kuqlerdən kömək aldığını açıqlamışdır.[7]

Doktor Strenc (2016)

Nyu-York şəhərində yaşayan uğurlu, varlı və təkəbbürlü neyrocərrah Stiven Vinsent Strenc avtomobil qəzası keçirir və əllərindəki sinirlər ciddi şəkildə zədələnir. Qəzanın nəticəsində cərrahlıq edə bilməyəcək vəziyyətə düşür. Strenc beldən aşağısının iflic olmasına baxmayaraq ayaqlarını inanılmaz şəkildə yenidən istifadə edə bilən Conatan Panqborn adlı xəstə haqqında məlumatlar öyrənir. Tibetdə yaşan və bütün yaraları sağalda bilən "Ancient One" adlı sehrbazın olması onun üçün yeni ümüd mənbəyi olur.[8]

2010-ci ilin iyun ayında Tomas Dean Donnelli və Yoşua Oppeneimer Doktor Strenc komiksinə aid film ssenarisi yazmaq üçün işə gətirildilər. Fayqi 2013-cü ilin yanvar ayında Doktor Strenc filminin Üçüncü dönəmin hissəsi olacağını təsdiqlədi. 2014-cü ilin iyun ayında rejissorluğa Skott Derrikson seçildi. 2014-cü ilin dekabr ayında Benedikt Kamberbetçin Strenc rolunu canlandıracağı, Con Speitsin isə ssnearist olacağı açıqlandı. 2015-ci ilin dekabr ayında Robert Karqillin filmdə ortaq ssenarist olduğunu açıqlandı. Aprel ayında isə Skott Derriksonun ssenaridə üçüncü şəxs olacağı açıqlandı. İlk çəkiliş mərhələsi 2014-cü ilin iyun ayında başladı. Əsas çəkilişlər isə 2015-ci ildə Nepalda başladı və çəkiliş 2016-cı ilin aprel ayında Nyu-Yorkda sona çatdı. Doktor Strencin premyerası 13 oktyabr 2016-cı ildə Honkonqda baş tutdu. Film 25 oktyabr 2016-cı ildə Birləşmiş Krallıqda, 4 noyabrda isə ABŞ-da ilk baxışa çıxarıldı.

Derrikson filmdəki hadisələrin "təxminən" bir il davam etdiyini və "MCU-nun qalan hissəsinə uyğun olaraq" bitdiyini açıqladı.[9] Həmçinin Doktor Strenc zamanı manipulyasiya edə bilən mistik əşya "Eye of Agamotto"-nu (Aqamottonun gözü) kinematoqrafiya kainatında ilk dəfə göstərdi və bu əşyanın Sonsuzluq daşlarının beşincisi olan Zaman daşı olduğu ortaya çıxdı. "Post-credits" səhnədə Tor: Raqnarökun mövzusu ilə əlaqəli olaraq Strenc və Torun uzun müddətdir itkin düşmüş Odin haqqında danışdıqları dialoq vardır. Səhnə Tor: Raqnarokun rejissoru Taika Vaititi tərəfindən çəkilmişdir.[10]

Qalaktika mühafizəçiləri 2 (2017)

Qalaktika mühafizəçiləri kainatda səyahət edərək qalaktikanı qorumaq adlı fərqli macəraya başlayırlar. Komanda Piter Quillin atası haqqında daha çox məlumat əldə etməsinə və yeni düşmənlərlə savaşmasına kömək edir.[11]

2014-cü ilin iyul ayında Qalaktika mühafizəçilərinin köməkçi ssenaristi Nikole Perlmenin Ceyms Qunnun davam filminə ssnaristlik və rejissorluq etmək üçün geri qayıdacağı açıqlandı.[12][13] Kris Prett Piter Quill / Star-Lord roluna komandanın digər üzvləri ilə birlikdə geri qayıtdı. Aktyor heyətinə Mantis rolu ilə Pom Klementieff və Eqo rolu ilə Kurt Russell də qatıldı. Filmin adının 2015-ci ilin iyun ayında Qalaktika mühafizəçiləri 2 olduğu açıqlandı.[14] Çəkilişlər 2016-cı ilin fevral ayında Atlantanın Pinevud ərazisində başladı və 2016-cı ilin iyun ayında başa çatdı. Filmin premyerası 10 aprel 2017-ci ildə Tokioda baş tutdu. Film 5 may 2017-ci ildə ABŞ-da ilk baxışa çıxarıldı.

Filmdəki hadisələr 2014-cü ildə gerçəkləşən Qalaktika mühafizəçilərindəki hadisələrdən iki-üç ay sonra baş verir.[15] "Post-credits" səhnədə Adam Varlok rolu kinematoqrafiya kainatında ilk dəfə göstərilmişdir.[16] Qunn Varlokun gələcəkdəki Qalaktika mühafizəçiləi filmlərində də görünəcəyini və Marvel Kinematoqrafiya Kainatının kosmik tərəfinin "olduqca vacib hissəsi" olacağını bildirdi.[17]

Hörümçək-adam: Evə qayıdış (2017)

Məktəbli Piter Bejamin Parker superqəhrəman olduğunu kəşf etməyə başlamışdır. 2016-cı ildə Qisasçılar komandası ilə yaşadığı təcrübədən sonra Toni Starkın nəzarətində xalası ilə yaşadığı məhəlləyə geri qayıdır. Normal yaşama geri qayıtmağa cəhd etsədə "məhəllənizin dost canlısı Hörümçək-adamı"ndan dah çoxu olduğunu Starka sübut etmək istəyir.[18]

9 fevral 2015-ci ildə Sony PicturesMarvel Studios Kevin FayqiEmi Paskalın ortaq prodüseri olduğu Hörümçək-adam filminin çıxarılacağını elan etdi. Həmçinin Sony Pictures-in filmin haqlarına sahib olmağa, filmi bazara çıxarmağa, distribütorliyinə və son idarəsini əlində saxlamağına davam edəcəyini açıqladı.[19] Fayqi 2015-ci ilin aprel ayında başrolun Piter Parker olacağını təsdiqlədi və Marvelin ən az 2014-cü ilin oktyabr ayından bəri (Üçüncü dönəmin filmlərinin siyahısını açıqladıqları vaxt) MCU-ya Hörümçək-adamı əlavə etmək üçün çalışdıqlarını açıqladı. Fayqi həmçinin "Hörümçək-adam Üçüncü dönəm planlarımızda həmişə var idi. Müqavilə müsbət və ya mənfi şəkildə gedə bilərdi. Bu səbəblə rəsmi müqavilə imzalanana qədər heç bir şey açıqlamadıq." açıqlamasını etmişdir.[20] 2015-ci ilin iyun ayında Tom Holland Hörümçək-adam roluna, Con Uatts isə rejissorluğa gətirildi.[21] Sonrakı ay Con Fransis Daley və Yonathan Qoldsteinin ssenari üçün işə gətirildikləri açıqlandı.[22] Ssneari üçün Uatts, Kristofer Ford, Kris Makkenna və Erik Sommers də əlavə işlərdə iştirak etdilər. 2016-cı ilin aprel ayında filmin adının Hörümçək-adam: Evə qayıdış olduğu açıqlandı.[23] Çəkilişlər 2016-cı ilin iyun ayında Atlantanın Pinevud ərazisində başladı və 2016-cı ilin oktyabr ayında başa çatdı. Hörümçək-adam: Evə qayıdışın premyerası 28 iyun 2017-ci ildə Hollivudda baş tutdu. Film Birləşmiş Krallıqda 5 iyulda, ABŞ-da isə 7 iyulda ilk baxışa çıxarıldı.

Fayqi 2016-cı ilin aprel ayında əvvəlki MCU filmlərindəki personajların bu filmdə görünəcəyini açıqladı. Qısa müddət sonra Robert Dauninin Toni Stark / Dəmir adam rolu ilə filmin heyətinə qatıldığı açıqlandı.[24] Con Favreau Heppi Hoqan, Qvinet Peltrou Pipper Potts və Kris Evans Stiv Rocers / Kapitan Amerika rollarını yenidən canlandırdılar.[25][26][27]

Tor: Raqnarök (2017)

Mjollnir olmadan başqa planetdə əsir qalan Tor bacısı Helanı və yaxınaşan Raqnaröku dayandırmaq üçün Asqarda vaxtında qayıtmağa çalışır.[28]

Marvel 2014-cü ilin yanvar ayında yeni Tor filmini istehsal etdiyini və film üçün Kreiq Kayli və Kristofer Yostu ssnarisliyə işə gətirdiyini açıqladı.[29] 2014-cü ilin oktyabr ayında filmin adının Tor: Raqnarok olduğu dəqiqləşdi. 2015-ci ilin oktyabr ayında Tayki Vaytiti Tor:Raqnarokun rejissorluğu üçün müqavilə imzaladı. Hemsvort, Hiddlston, Elba və Hopkins Tor, Loki, Heimdall və Odin rollarını yenidən canlandırdılar. Əlavə olaraq Keyt Blanşett Hela rolu ilə heyətə qatıldı. İngilis rok qrupu Led Zeppelinin Skandinav mifalogiyası mövzusu haqqında olan "Immigrant Song" adlı mahnısı filmdə istifadə edildi.[30] Çəkilişlər 2016-cı ilin iyul ayında Avstraliyanın Village Roadshow studialarında başladı və 2016-cı ilin sonunda başa çatdı. Tor: Raqnarokun premyerası 10 oktyabr 2017-ci ildə Los-Anecelesdə baş tutdu. Film dünya üzrə 24 oktyabr 2017-ci ildə Birləşmiş-Krallıqda, ardınca 3 noyabr 2017-ci ildə ABŞ-da ilk baxışa çıxarıldı.

Filmdəki hadisələr 2013-cü ildə çəkilən Tor: Qaranlıq dünyada gerçəkləşən hadisələrdən dörd il sonra, Qisasçılar: Altron dövründəki hadisələrdən isə iki il sonra, Kapitan Amerika: Vətəndaş müharibəsiHörümçək-adam: Evə qayıdış filmləri ilə təxmini olaraq eyni anda gerçəkləşir.[31] Mark RuffaloBenedikt Kamberbetç Brus Benner / Halk və Stefen Strenc / Doktro Strenc rollarını təkrar canlandırdılar.[10] "Post-credits" səhnədə Qisasçılar: Sonsuzluq savaşı filmi ilə əlaqəli olan Tanosun kosmik gəmisi "Sanctuary II" kinematoqrafiya kainatında ilk dəfə görünmüşdür.[32][33]

Qara pantera (2018)

Qara panteranın rejissoru Rian Kuqler

Atasının ölümündən sonra Vakanda kralı olan Tiçalla haqqı olan taxta sahib çıxmaq üçün təcrid olunmuş şəkildə yaşayan və texnologiya cəhətdən irəlidə olan xalqına krallıq etmək üçün geri qayıdır. Tiçallanın əsl kral olub, olmadığı Vakandanın və bütün dünyanın taleyini təhlükə qarşısında qoyan böyük müharibəyə girəndə bilinəcək. Xəyanət və təhlükələr ilə qarşı-qarşıya qalan kral düşmənləri məğlub etmək və xalqının təhlükəsizliyini təmin etmək üçün müttəfiqləri ilə birlikdə bütün gücünü istifadə etməyə qərar veirir.[34]

Sənədli film prodüseri olan Mark Bailey ilk əvvəl 2011-ci ilin yanvarında Qara pantera rolu üzrə ssenari yazmaq üçün işə gətirildi. 2014-cü ilin oktyabr ayında film rəsmi olaraq açıqlandı və Çadvik Bosemenın Tiçalla / Qara pantera rolunu canlandıracağı elan olundu. 2016-cı ilin yanvarında Rian Kuqlerin rejissor olacağı, bir ay sonra isə Coe Robert Kolenin ssenarist olacağı Marvel tərəfindən açıqlandı. Fayqi 2016-cı ilin aprelində rejissor Kuqlerin filmin ssenarisində iştirak etdiyini bildirdi. Çəkilişlər 2017-ci ilin yanvarında Atlantada yerləşən Screen Gems studiolarında başladı və 2017-ci ilin aprelində başa çatdı. Qara panteranın premyerası 29 oktyabr 2018-ci ildə Los-Ancelesdə baş tutdu. Film 16 fevral 2018-ci ildə ABŞ-da ilk baxışa çıxarıldı.

Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsində gerçəkləşən hadisələrdən bir həftə sonra baş verir.[35] Florense Kasumba, Endi Serkis, Martin Frimen və Con Kani əvvəlki MCU filmlərində canlandırdıqları Eyo, Ulisses Klaue, Everett Ross və Tiçaka rollarını yenidən canlandırdılar.[36] "Post-credits" səhnədə Sebastian Stenin canlandırdığı Baki Berners rolu ilə Şurinin arasında olan dialoq vardır.[37]

Qisasçılar: Sonsuzluq savaşı (2018)

Qisasçılar Tanosun bütün Sonsuzluq daşarını toplamağının qarşısını almaq üçün Qalaktika mühafizəçiləri ilə güclərini birləşdirir.[38]

Film 2014-cü ilin oktyabr ayında Qisasçılar: Sonsuzluq savaşı - hissə 1 olaraq elan edildi.[39] Marvel 2015-ci ilin aprel ayında Anotni və Coe Russonun filmin rejissoru olacağını, may ayında isə Kristofer Markus və Stefen Makfilinin ssenarini yazacağını açıqladı.[40][41] Marvel 2016-cı ilin iyulunda filmin adının sadəcə Qisasçılar: Sonsuzluq savaşı olaraq qısaldıldığını açıqladı.[42] Coş Brolin Tanos rolunu yenidən canlandırdı.[43][44] Digər MCU filmlərdə yer alan aktyorlar da həmin rollarını yenidən canlandırdılar. Çəkilişlər 2017-ci ilin yanvarında Atlantada başladı[45][46] və 2017-ci ilin iyuluna qədər davam etdi.[47] Əlavə çəkilişlər Şotlandiyada aparıldı.[48] Qisasçılar: Sonsuzluq savaşının premyerası 23 aprel 2018-ci ildə Los-Ancelesdə baş tutdu.[49] Film 27 aprel 2018-ci ildə dünya üzrə bazara çıxarıldı.[50]

Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsindəki hadisələrdən iki il sonra baş verir.[51] "Post-credits" səhnədə Nik Furinin Kapitan Marvel nişanı olan cihaza təhlükə siqnalı göndərməsi göstərilir.[52]

Qarışqa-adam və Eşşək arısı (2018)

Skott Lenq ata vəzifəsi ilə Qarışqa-adam arasındakı tarazlığı saxlamağa çalışır. Bu vaxtda da Hopi van Dayni və Dr. Henk Pim Skotta yeni tapşırıq təqdim edirlər.[53]

Qarışqa-adam və Eşşək arısı ilk dəfə 2015-ci ilin oktyabrında elan edildi. Peyton Ridin 2015-ci ilin noyabrında etdiyi açıqlama ilə ilk filmdə olduğu kimi bu filmdə də rejissor olacağı və Paul Rudd və Evancelin Lillinin Skott Lenq / Qarışqa-adam və Hopi van Dayni / Eşşək arısı rollarını yenidən canlandıracaqları təsdiqləndi. 2015-ci ilin dekabrında Andreu Berrer, Qabriel Ferrari və Ruddun filmin ssenarisində yer alacaqları açıqlandı. 2017-ci ilin avqustunda Kris Makkenna və Erik Sommersin də ssenariyə töhfə verdikləri ortaya çıxdı. 2017-ci ilin fevralında Mişel Douqlasın Henk Pim rolunu yenidən canlandıracağı açıqlandı. 2017-ci ilin iyul ayında Mişelle Pfeifferin də Ceynt van Dayni rolu ilə heyətə qatılacağı açıqlandı. Çəkilişlər 2017-ci ilin avqustunda Atlantada başladı. Əlavə çəkilişlər San-Fransiskoda aparıldı və 2017-ci ilin noyabrında başa çatdı. Stefen Broussard filmin prodüserliyini öz üzərinə götürdü. Qarışqa-adam və Eşşək arısının premyerası 2018-ci il 25 iyunda Hollivudda baş tutdu. Film 6 iyul 2018-ci ildə ABŞ-da bazara çıxarıldı.

Filmdəki hadisələr Kapitan Amerika: Vətəndaş müharibəsindən iki il sonra və Qisasçılar: Sonsuzluq savaşı ilə təxminən eyni vaxtda baş verir.[54][55] "Post-credits" səhnədə Hopi van Dayni, Henk Pim və Ceynt van Dayninin Sonsuzluq savaşında gerçəkləşən hadisələrin nəticəsində parçalanıb toz olmaları yer alır.[56]

Kapitan Marvel (2019)

Dünya iki yad planetin arasındakı qalaktikalararası münaqişənin mərkəzində qaldıqdan sonra Kerol Denvers qalaktikanın ən güclü qəhrəmanlarından biri olan Kapitan Marvelə çevrilir.[57]

2013-cü ilin mayında The Hollywood Reporter Marvelin Xanım Marvel ssenarisi hazırladığını elan etdi.[58] 2014-cü ilin oktyabrında Marvel filmin adının Kapitan Marvel olacağını və başrol personajın Kerol Denver olacağını açıqladı.[39] 2015-ci ilin aprelində Nikole Perlmen və Meq Lifauvinin ssenarist olduqları açıqlandı.[59] 2016 San Diego Comic-Conda Bri Larsonun Kerol Denvers rolunu canlandıracağı təsdqiləndi.[60] Samuel Cekson, Dcimon Hounsou, Li Pasi və Klark Qreqq müvafiq olaraq Nik Furi, Korat, Ronen the Accuser və Fil Koulson rollarını yenidən canlandırdılar.[61][62] Filmdə həmçinin Stiv Rocers rolunda Kris Evans, Nataşa Romanova rolunda Skarlet Yohansson, Ceyms Rouds rolunda Don Çidl və Brus Benner rolunda Mark Ruffalo yer alır. 2017-ci ilin aprelində Anna Boden və Rian Flek rejissor olaraq işə gətirildi.[63] İlkin mərhələ çəkilişlər 2018-ci ilin yanvarında,[64][65] əsas çəkilişlər isə martda Los-Ancelesdə başladı[66] və iyulda başa çatdı.[67] Film 8 mart 2019-cu ildə ilk baxışa çıxarıldı.[68]

Filmdəki hadisələr 1995-ci ildə baş verir.[69] "Post-credits" səhnədə filmin üçüncü pərdəsində Qusinin Furinin masasındakı Tesseraktı udduqdan sonra onu requrgitasiya etdiyi göstərilir.[70]

Qisasçılar: Final (2019)

Qisasçılar: Sonsuzluq savaşı filmində Tanosun etdiyi hərəkət nəticəsində kainatdakı həyatın yarısı məhv olduqdan sonra, qalan Qisasçılar və onların müttəfiqləri son bir mövqedə insanları geri qaytarmaq üçün yenidən toplaşmalıdırlar.[71]

Filmin adı 2014-cü ilin oktyabrında Qisasçılar: Sonsuzluq savaşı - bölüm 2 olaraq elan edildi.[39] 2015-ci ilin aprelində Antoni və Coe Russonun rejissor olacağı və mayda Kristofer Markus və Stefen Makfilinin ssenarini yazacağı açıqlandı.[40][40] Marvel 2016-cı ilin iyulunda filmin adının dəyişəcəyini açıqladı[42] və filmin adı 2018-ci ilin dekabrında Qisasçılar: Final olaraq dəyişdi.[72] Coş Brolin Tanos rolunu yenidən canlandırdı.[43][44] Digər MCU filmlərdə yer alan aktyorlar da həmin rollarını yenidən canlandırdılar. Çəkilişlər 2017-ci ilin avqustunda Atlantada başladı[73] və 2018-ci ilin yanvarında başa çatdı.[74] Film 26 aprel 2019-cu ildə ilk baxışa çıxarıldı.[72]

Filmdəki hadisələr Sonsuzluq savaşında gerçəkləşən hadisələrdən üç həftə sonra, 5 il irəli getmədən əvvəl başlayır.[75] "Post-credits" səhnə yoxdur.[76] Amma filmdə ilk MCU filminə geri qayıdış olaraq jenerikin sonunda döyülən Dəmir adam kostyumunun səsi və Hörümçək-adam: Evdən uzaqda üçün tizer fraqmanı vardır.[77] Filmdə Robert Dauni və Kris Evans rollarını sonuncu dəfə canlandırmışdılar.[78][79]

Hörümçək-adam: Evdən uzaqda (2019)

Hörümçək-adam: Evdən uzaqda filminin rejissoru Con Vatts

Piter Parker dostları ilə birlikdə Avropaya məktəb səyahətinə çıxır. Xaricidə olarkən, Elementallerlə savaşmaq üçün Qvintin Bek ilə komanda qurmağı üçün Nik Furi tərəfindən işə gətirilir.[80][81]

Sony Pictures 2016-cı ilin dekabrında Hörümçək-adam: Evə qayıdışın davam filmini planladı.[82] Bir il sonra Vattsın filmə rejissorluq etmək üçün geri qayıdacağı təsdiqləndi.[83] İlk filmin ssenaristlərindən olan Kris Makkenna və Erik Sommers ssenarini yazmaq üçün geri qayıtdılar.[84] Holland 2018-ci ilin iyun ayının sonlarında filmin adını Hörümçək-adam: Evdən uzaqda olaraq açıqladı.[85] Çəkilişlər 2018-ci ilin iyulunda İngiltərədə başladı[86]Çexiya, Venesiya[87]Nyu-York şəhərində[88] davam etdi. Çəkilişlər 2018-ci ilin oktyabrında bitdi.[89] Hörümçək-adam: Evdən uzaqdanın qala gecəsi 26 iyun 2019-cu ildə Hollivudda baş tutdu.[90] Film 2 iyul 2019-cu ildə ABŞ-da ilk baxışa çıxarıldı.[91]

Filmdəki hadisələr Qisasçılar: Finaldan səkkiz ay sonra baş verir.[92] Cekson və Kobie Smulders əvvəlki MCU filmlərindəki kimi müvafiq olaraq Nik Furi və Maria Hill rollarını yenidən canlandırırlar.[93] "Post-credits" səhnədə Talos rolunda Ben Mendelson və Soren rolunda Şaron Blinn Kapitan Marvel filmindəki rollarını təkrar canlandırdılar.[94]

Musiqi

Gəlir

İstinadlar