Mariya Nesterenko

Mariya Nesterenko (ukr. Марія Петрівна Нестеренко) — Sovet Hərbi Hava Qüvvələrinin mayor rütbəli pilotu. Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı Pavel Rıçaqovun həyat yoldaşı olduğuna görə edam edilməmişdən əvvəl alay komandirinin müavini vəzifəsində çalışmışdır. Nesterenko, Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə tutduğu vəzifədən azad edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir.[1][2]

Mariya Nesterenko
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBudi, Rusiya imperiyası
Vəfat tarixi (31 yaşında)
Vəfat yeriKuybişev, Samara, SSRİ
Vətəndaşlığı
Milliyyətirus
Həyat yoldaşıPavel Rıçaqov
Hərbi fəaliyyəti
MənsubiyyətiSovet Ordusu
Qoşun növü Sovet Hərbi Hava Qüvvələri
Xidmət illəri1933-1941
Rütbəsimayor
Təltifləri"Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni

Mariya Nesterenko, Pavel Rıçaqov və digər qurbanlar 1953-cü ildə İosif Stalinin ölümündən sonra bəraət almışdır.[3][4]

İstinadlar