Mariya Atanasova

Mariya Georgiyeva Atanasova (bolq. Мария Георгиева Атанасовa; 26 dekabr 192611 aprel 2000) ― bolqar pilot və siyasətçi.[1][2] O, Bolqarıstanın ilk qadın mülki pilotu,[3] həmçinin dünyada ağır hava gəmisinin komandiri olmuş ilk qadındır.[4][5]

Mariya Atanasova
bolq. Мария Атанасова
Doğum tarixi26 dekabr 1926(1926-12-26)
Vəfat tarixi11 aprel 2000(2000-04-11) (73 yaşında)
Fəaliyyətipilot, zabit, siyasətçi
MükafatlarıSosialist Əməyi Qəhrəmanı
"Georgi Dimitrov" ordeni

Həyatı

Mariya Atanasova 26 dekabr 1926-cı ildə Bolqarıstanın Kalekovets kəndində anadan olub.

Atanasovanın aviasiya sahəsindəki kayerası üçün ilk cəhdi Dolna Mitropoliya Hava Bazasındakı hərbi hava məktəbində təhsil almaq üçün qeydiyyatdan keçməsi olub. Onun müraciəti qadın olduğuna görə rədd edilmiş, lakin bəzi təkid və vədlərdən sonra o və digər qadınlar təhsil müəssisəsinə qəbul edilmişdir. 1950-ci ildə Atanassova və daha 12 qadın bu məktəbi bitirdi. O, 1952-ci ildə uçuş təlimatçısı oldu, daha sonra isə qırıcı pilot kimi təhsilini tamamladı.[6]

Atanasova 1953-cü ildən 1974-cü ilə qədər kommersiya aviaşirkətinin pilotu olub, aviaşirkətin marşrutlarında Li-2 , İl-14 , İl-18 və Tu-134 təyyarələrinin pilotu və komandiri kimi işləyib. Atanasovanın ümumi uçuş müddəti 13 999 saat olmuşdur.[1]

1965-ci ildə o, İl-18 sərnişin təyyarəsini ekstremal şəraitdə Londonun Hitrou Beynəlxalq Hava Limanına endirən ilk qadın olub.[1][7] Atanasova 1967-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı almış və "Georgi Dimitrov" ordeni ilə təltif edilmişdir.[3]

Atanasova həm də ictimai fəaliyyətlə məşğul olmuş, 1966-1971-ci illərdə Bolqarıstan Milli Məclisinin 5-ci çağırışının deputatı,[1] 1968-ci ildən isə Bolqarıstan Qadınlar Komitəsinin üzvü olmuşdur.

O, 11 aprel 2000-ci ildə Sofiyada vəfat edib.[2]

İstinadlar