Mariana Vasileva

Bolqar məşqçi

Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini.[1]

Mariana Vasileva
bolq. Мариана Василева
Vəzifədədir
29 noyabr 2021-ci ildən
NazirFərid Qayıbov
Şəxsi məlumatlar
Doğum tarixi6 iyul 1974(1974-07-06) (50 yaş)
Doğum yeri
Milliyyətibolqar
FəaliyyətiAzərbaycan Bədii Gimnastika üzrə millisinin baş məşqçisi

Təltifləri"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2023
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.[2]

2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.[3]

2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır.

2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib.

2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub.[1] Bundan əvvəl o, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi.

Məşqçi fəaliyyəti və uğurları

Vasileva Marina Durunda ilə 2016 Yay Olimpiya Oyunlarında

Vasileva Azərbaycanın Bədii Gimnastika üzrə baş məşqçisi təyin edildikdən sonra Azərbaycan, xüsusilə yeni nəsil gimnastlar arasında həm fərdi, həm də qrup yarışlarında beynəlxalq uğur qazanmağa başlayıb. Onun fərqlənən yetirmələri:

İstinadlar

Xarici keçidlər