Maniac (mahnı)

Maniac (ing. Manyak) – Maykl Sembello tərəfindən 1983-cü ildə ifa edilmiş sinql. Musiqi həmin ildə "Parıltılı rəqs" filmində səslənmişdir.[1]

Maniac
Maykl Sembello tərəfindən Bossa Nova Hotel albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi1983
FormatSinql
JanrHi-NRG
Yeni dalğa
Sinti pop
Dilİngilis dili
Müddət4:12
ProdüserFil Ramon
Sözlərin müəllifiDennis Matkoski
Maykl Sembello
StudiyaEMI Records
Casablanca Records

Mükafatlar

"Maniac" mahnısı "Parıltılı rəqs" (ing. Parıltılı rəqs) filminin orijinal saundtrekləri siyahısına daxildir. Bu mahnı Oskar mükafatının nominasiyasına layiq görülə bilməmişdir. Çünki mahnının orijinal versiyası film üçün hazırlanmamışdır.[1] "Parıltılı rəqs" filminin saundtreklərinə daxil olan İren Kara tərfindən ifa edilən "Flashdance... What a Feeling" (ing. Parıltılı rəqs... Nə hiss edirəm) mahnı isə 1984-cü ildə Oskar mükafatının "Ən yaxşı orijinal mahnı üçün Oskar mükafatı" kateqoriyasını qazanmışdır. Filmin saundtrek albomu isə Qremmi mükafatının "Xüsusi Televiziya və ya Hərəkət Şəkli üçün Yazılmış Ən Yaxşı Orijinal Trekləri Albomu" (ing. Best Album of Original Score Written for A Motion Picture or a Television Special) kateqoriyasını 1984-cü ildə qazanmışdır.

Komplizasiyaların siyahısı

7" Casablanca 812 516-1, 1983
  1. Maniac (Vocal Re-Mix) 5:53
  2. Maniac (Instrumental) 5:08
12" Casablanca 812 516-7, 1983
  1. Maniac 4:13
  2. Maniac (Instrumental) 4:13

Hit paradlarda mövqeyi

Hit parad (1983)Yüksəldiyi
yer
U.S. Billboard Hot 100[2]1
Adult Contemporary[3]34
Mainstream Rock Tracks[3]34
German Singles Chart[4]6
UK Singles Chart[4]43
Belgian Singles Chart[4]11
Swiss Music Charts[5]2
Dutch Top 40[6]10
New Zealand Singles Chart[7]7

Kaver versiyalar

  • 1995: Sargant Fury(Albom: "Turn the page")
  • 1999: Carnival In Coal (Albom: "French Cancan")
  • 2002: L5 (Albom: "Retiens-moi")
  • 2007: Måns Zelmerlöw (Albom: Stand by For...)
  • 2008: irewind (Albom: The Premonition)
  • 2011: Eric Speed[8]
  • 2012: Moullinex feat Peaches [9]

İstinadlar

Xarici keçidlər