Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsində

(Makedoniya Avroviziya Mahnı Müsabiqəsində səhifəsindən istiqamətləndirilmişdir)

Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir.

Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir.

Təmsilçilər

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1998MakedoncaVlado Yanevski"Ne zori, zoro" (Не зори, зоро)1916
Yarımfinal olmayıb
2000Makedonca, İngiliscəXXL"100% te ljubam" (100% те љубам)1529
2002MakedoncaKarolina Qoçeva"Od nas zavisi" (Од нас зависи)1925
2004İngiliscəToşe Proeski"Life"14471071
2005İngiliscəMartin Vuçiç"Make My Day"1752997
2006İngiliscə, MakedoncaElena Risteska"Ninanajna" (Нинанајна)12561076
2007Makedonca, İngiliscəKarolina Qoçeva"Mojot svet" (Мојот свет)1473997
2008İngiliscəTamara, Vrçak və Adrian"Let Me Love You"
Finala keçməyib
10a64
2009MakedoncaNext Time"Nešto što kje ostane" (Нешто што ќе остане)10a45
2010MakedoncaQyoko Taneski, Billi Zver və Peyçin"Jas ja imam silata" (Јас ја имам силата)1537
2011Makedonca, İngiliscəVlatko İlievski"Rusinka" (Русинкa)1636
2012MakedoncaKaliopi"Crno i belo" (Црно и бело)1371953
2013Makedonca, RomancaEsmaLozano"Pred da se razdeni" (Пред да се раздени)
Finala keçməyib
1628
2014İngiliscəTiyana"To The Sky"1333
2015İngiliscəDaniel Kaymakoski"Autumn Leaves"1528
2016MakedoncaKaliopi"Dona" (Дона)1188
2017İngiliscəYana Burçeska"Dance Alone"1569
2018İngiliscəEye Cue"Lost and Found"1824
2019İngiliscəTamara Todevska"Proud"73052239
QEYD:
a. ^ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır.

Səsvermə tarixçəsi

Şimali Makedoniyanın ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 Albaniya97
2 Serbiya94
3 Türkiyə79
4 Xorvatiya77
5 Bosniya və Herseqovina66
Şimali Makedoniyanın ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Xorvatiya57
2 Bosniya və Herseqovina43
3 Sloveniya37
4 Albaniya30
5 Serbiya və Monteneqro27

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

İstinadlar

Həmçinin bax