Macarıstan Avroviziya Mahnı Müsabiqəsində

Macarıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 17 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Macarıstan həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Macarıstan müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Friderika Bayer ifa etdiyi "Kinek mondjam el vétkeimet?" mahnısı ilə dördüncü yeri qazanmışdır. Bundan başqa isə Macarıstan bir daha 2014-cü ildə Andras Kallay-Saundersin ifa etdiyi "Running" mahnısı ilə müsabiqədə ilk beşlikdə yer almışdır.

Macarıstan göstərdiyi zəif nəticələr səbəbindən 19961999-cu illərdə müsabiqədən kənarlaşdırılmışdır. Kənarlaşdırılmanın müddəti bir il olsa da, Macarıstan iştirakdan imtina edərək bir daha müsabiqəyə 2005-ci ildə geri dönmüşdür.

Təmsilçilər

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1994MacarcaFriderika Bayer"Kinek mondjam el vétkeimet?"4122
Yarımfinal olmayıb
1995MacarcaÇaba Siqeti"Új név a régi ház falán"223
1997MacarcaV. I. P."Miért kell, hogy elmenj?"1239
1998MacarcaÇarli"A holnap már nem lesz szomorú"234
2005MacarcaNOX"Forogj, világ!"12975167
2007İngiliscəMaqdi Ruja"Unsubstantial Blues"91282224
2008İngiliscə, MacarcaÇezi"Candlelight"
Finala keçməyib
196
2009İngiliscəZoli Adok"Dance with Me"1516
2011İngiliscə, MacarcaKati Volf"What About My Dreams?"2253772
2012İngiliscəCompact Disco"Sound of Our Hearts"24191052
2013MacarcaByeAlex"Kedvesem"1084866
2014İngiliscəAndras Kallay-Saunders"Running"51433127
2015İngiliscəBoqqi"Wars for Nothing"2019867
2016İngiliscəFreddi"Pioneer"191084197
2017MacarcaYoçi Papai"Origo"82002231
2018MacarcaAWS"Viszlát nyár"219310111
2019MacarcaYoçi Papai"Az én apám"
Finala keçməyib
1297

Səsvermə tarixçəsi

Macarıstanın ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 İsveç67
2 Danimarka53
Niderland53
4 Azərbaycan52
5 Norveç51
Macarıstanın ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Serbiya68
2 Rumıniya67
3 Finlandiya61
4 Xorvatiya53
5 Polşa50

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

Həmçinin bax