Mənbəşünaslıq

Mənbəşünaslıq - tarixi-mədəni mənbələrin öyrənilməsi haqqında elm.

Papirus parçası, Roma senatında səsləndirilmiş nitq. Klavdiya dövrü (4154)

Haqqında

Xüsusi elmi intizam kimi, Mənbəşünaslıq XIX əsrdə formalaşıb. Bu həm də, tarixi mənbələrin tədqiqi və onlardan istifadə üsullarını işləyib hazırlayan köməkçi fənn, habelə həmin mənbələrin özüdür; məxəzşünaslıqdır.[1]
Mənbələr müxtəlif cür təsnifləndirilir. Azərbaycan tarixinə dair mənbələr əsasən bu cür təsnif edilmişdir: şifahi, maddi, dilçilik, etnoqrafiq, yazılı, kino foto fono sənədlər.[2]

Mənbələrin əsas qrupları və onların tərkibi
SıraTarixi mənbələrin qruplarıTərkibi
1ŞifahiƏfsanələr, nağıllar, bayatılar, atalar sözləri, zərb-məsəllər və s.
2MaddiƏmək alətləri, sənətkarlıq məmulatları, incəsənət əsərləri, memarlıq qurğuları, ev qalıqları və s.
3DilçilikDilə dair məlumatlar
4EtnoqrafiqMüxtəlif xalqların məişət ənənələri və s.
5YazılıEpiqrafik abidələr, qrafitlər, papirus, dəri, kağız üzərindəki əlyazmalar, çap materialları və s.
6Kino, foto, fono sənədlərFoto sənədlər, kino xronikalar, səs yazıları və s.

İstinadlar