Mənəvi Dəyərlərin Təbliği Fondu

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Mənəvi Dəyərlərin Təbliği Fondu
Loqonun şəkli
Ümumi məlumatlar
ÖlkəAzərbaycan Azərbaycan
Yaradılma tarixi10 oktyabr 2017
TabelikDini Qurumlarla İş üzrə Dövlət Komitəsi
ÜnvanAzərbaycan, Bakı şəhəri
Rəhbərlik
RəhbərMehman İsmayılov
MüavinCeyhun Əliyev, Hatəm Gülməmmədov

Rəsmi saytımdtf.az

Mənəvi Dəyərlərin Təbliği FonduAzərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir[1].

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatı

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır[1]. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir[2].

Maliyyələşməsi

mənbəni redaktə et

Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır[2].

Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır[1].

Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına[2] – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir[1].

Naviqasiya menyusu