Məhəmməd Salah

Misirli futbolçu

Məhəmməd Salah[4] (ərəb. محمد صلاح‎, tam adı Məhəmməd Salah Həmid Qali; 15 iyun 1992, Qarbiya, Misir) — İngiltərənin "Liverpul" futbol klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar Misir futbolçusu.

Məhəmməd Salah
ərəb. محمد صلاح
2021-ci ildə Misir millisinin heyətində olarkən.
2021-ci ildə Misir millisinin heyətində olarkən.
Ümumi məlumatlar
Tam adıMəhəmməd Salah Həmid Qali[1]
LəqəbiThe Pharaoh
Doğum tarixi (32 yaş)
Doğum yeriQarbiya, Misir[2]
VətəndaşlığıMisir Misir
Boyu1.75[3]
Çəkisi69 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
Klubİngiltərə Liverpul
Nömrəsi11
Karyerası
Gənclik karyerası
2006—2010Misir Əl-Mokavlun Əl-Ərəb
Klub karyerası[* 1]
2010—2012Misir Əl-Mokavlun Əl-Ərəb38 (11)
2012—2014İsveçrə Bazel47 (9)
2014—2016İngiltərə Çelsi13 (2)
2015 İtaliya Fiorentina16 (6)
2015—2016 İtaliya Roma34 (14)
2016—2017İtaliya Roma31 (15)
2017—İngiltərə Liverpul140 (90)
Milli yığma[* 2]
2010—2011Misir Misir (20 yaşlılar)11 (3)
2011—2012Misir Misir (23 yaşlılar)11 (4)
2011—Misir Misir79 (37)
Təltif və medalları
Afrika Millətlər Kuboku
GümüşQabon 2017

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salah peşəkar karyerasına 2010-cu ildə doğma vətənində — yetirməsi olduğu "Əl-Mokavlun Əl-Ərəb" komandasında başlayıb. 2017-ci ildən "Liverpul" komandasında çıxış edən futbolçu buna qədər ardıcıl olaraq "Bazel", "Çelsi", "Fiorentina" və "Roma" komandalarında forma geyinib. Salah erkən yaşlarından ölkəsini beynəlxalq arenada təmsil edir. O, 2011-ci ildə gənclərdən ibarət komandalar arasında dünya çempionatında, 2012 ildə isə Yay Olimpiya Oyunlarında çıxış edib. 2017-ci ildə əsas yığmanın heyətində Afrika Millətlər Kubokunun gümüş mükafatçısı olub. DÇ-2018-in seçmə mərhələsində 5 qol vuran Salah, Misir millisinin 28 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olub.

O, "Bazel" komandası ilə iki dəfə İsveçrə superliqasını (2012-2013, 2013-14), "Çelsi" komandası ilə isə Premyer Liqanı (2014-2015) və Liqa Kubokunu (2014-2015) qazanıb. 2012-ci ildə Afrikanın ən yaxşı gənc futbolçusu mükafatını alıb.[5] 2013-cü ildə İsveçrə superliqasının ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdür.

Salah 2017-ci ildə Afrikada ilin futbolçusu,[6] BBC-nin versiyasına görə Afrikada ən yaxşı futbolçu[7] və Premyer Liqada ayın ən yaxşı futbolçusu (Noyabr) adına layiq görülüb.[8] O, həmçinin Afrika Millətlər Kuboku turnirinin rəmzi komandasına düşüb.[9]

Klub karyerası

Əl-Mokavlun Əl-Ərəb

Salah "Əl-Mokavlun Əl-Ərəb" futbol klubunun yetirməsidir. O, 2010-cu il mayın 3-də "Əl-Mənsur" komandasına qarşı oyunda birinci komandanın heyətində debüt edib. 2010-11 mövsümündə Məhəmməd əsas heyətdə yerini möhkəmlədib. 2010-cu il dekabrın 25-də "Əl-Əhli" komandasına qarşı oyunda Salah komandanın heyətində ilk qolunu vurub. 2012-ci ilin əvvəlində Port-Səid stadionunda baş verən faciədən sonra Misirdə futbol çempionatının oyunları qeyri-müəyyən müddətə dayandırılıb.[10]

Bazel

Məhəmməd Salah 2012-ci ilin yayında İsveçrənin "Bazel" komandasına keçib. 23 iyun 2012-ci ildə Rumıniyanın "Styaua" komandasına qarşı keçirilən yoldaşlıq oyununda yeni klubunun heyətində debüt etmiş və ilk qolunu vurmuşdur. Klubun heyətində rəsmi debütü UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Norveçin "Mölde" komandası ilə görüşə təsadüf edib.[11] O, avqustun 12-də "Tun" komandası ilə keçirilən görüşdə İsveçrə çempionatında debüt edib. Salah bu görüşdə "Bazel"in vurduğu bütün qollarda yaxından iştirak etmiş və komandasının 3:1 hesablı qələbəsində böyük pay sahibi olmuşdur.[12] Avqustun 18-də "Lozanna" komandası ilə keçirilən görüşdə çempionatda ilk qolunu vurub.[13]

Çelsi

İstinadlar

Xarici keçidlər