Məhəmməd Kallon

Məhəmməd Kallon (5 oktyabr 1979) — Syerra Leone futbolçusu.

Məhəmməd Kallon
Ümumi məlumatlar
Doğum tarixi (44 yaş)
Doğum yeriKenemo Syerra Leone
Vətəndaşlığı
Boyu1,76 m
Çəkisi71 kq
Mövqeyihücumçu
VəzifəsiHücumçu
Karyerası
Syerra Leone
Klub karyerası[* 1]
1993Syerra-Leone Old Edwardians13 (4)
1994—1995Livan Tadamon Sour24 (15)
1995İsveç Spania24 (15)
1995—1997İsveçrə Luqano18 (1)
1997İtaliya Boloniya2 (0)
1998İtaliya Cenoa26 (10)
1998—2004İtaliya İnternasional FK42 (14)
1998—1999 İtaliya Kalyari26 (6)
1999—2000 İtaliya Reccina30 (11)
2000—2001 İtaliya Viçenza24 (8)
2004—2007Fransa Monako48 (13)
2005—2006 Səudiyyə Ərəbistanı Əl-İttihad26 (12)
2008Yunanıstan AEK Afina8 (2)
2008Birləşmiş Ərəb Əmirlikləri Əl-Şahab4 (1)
2009Syerra-Leone Kallon11 (2)
2010Çin Şensi Çanba21 (7)
2011—2014Syerra-Leone Kallon? (?)
Milli yığma[* 2]

Karyerası

Peşəkar karyerasına 1994-cü ildə qara qitədə başlayan Kallon 1995-ci ildə Avropaya üz tutaraq, İnter Milan klubu ilə anlaşıb, lakin heyətində gənc futbolçuya yer tapmayan milanlılar qarşıdakı dörd ildə onu İsveçrənin Luqano, İtaliyanın Boloniya, Cenoa və Kalyari klublarına icarəyə verib. 1999-cu ildən 2001-ci ilədək Reccina və Viçenzada oynadıqdan sonra İnterə dönüb. 2004-cü ilədək Milan klubunda çıxış edib və bu dəfə Fransaya üz tutub. 3 ildə Monakounun formasını geyindikdən sonra Səudiyyə Ərəbistanının Əl-İttihad, Yunanıstanın AEK AfinaBirləşmiş Ərəb Əmirliklərinin Əl-Şahab klublarında çıxış edib. Bu ilin əvvəlində isə vətəni Syerra Leoneyə dönüb. 30 min dollara ölkəsində futbol klubu alıb və öz adını ona verib. Demək olar ki, karyerasını başa vuran, yalnız həvəskar səviyyədə oynayan Kallon 2004-cü ildə İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Buna səbəb isə onun dopinq qəbul etməsi olub. Bu səbəbdən o, 8 ay futboldan kənarda qalıb.[1]

İstinadlar