Məhəmməd Kərimli

Vətən müharibəsi şəhidi

Məhəmməd Məzahim oğlu Kərimli (16 dekabr 2000, Neftçala rayonu30 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Məhəmməd Kərimli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriNeftçala rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Murovdağ ərazisi , Azərbaycan
Vəfat səbəbiŞəhid olmuşdur.
Dəfn yeriNeftçala rayonu
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıMəzahim Kərimli
AnasıGülşən Kərimli
Təhsili
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
DöyüşlərVətən Müharibəsi
 • Füzulinin azad edilməsi
 • Murovdağ döyüşləri
 • Kəlbəcər döyüşləri
 • Hadrutun azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Həyatı

Məhəmməd Kərimli 16 dekabr 2000-ci ildə Azərbaycanın Neftçala rayonunda anadan olmuşdur. Məhəmməd 2007-ci ildə Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. Məhəmməd uşaq yaşlarından şahmat, güləş, boks və basketbolla məşğul olmuş və hər birindən müxtəlif dərəcələr almışdır. 2016-cı ildə Bakı şəhəri Bakı Qida Sənayesi kollecinin Ət və süd məhsullarının texnologiyası fakültəsinin əyanı şöbəsinə daxil olmuşdur. 2020-ci ildə isə həmin kollecdən məzun olmuşdur.

Hərbi Xidməti

Məhəmməd Kərimli 23 iyul 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə seçilərək xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində könüllü olaraq xidmət etmişdir. O, Kəlbəcər, Füzuli, XocavəndMurovdağ döyüşlərində yaxından iştirak etmişdir. Məhəmməd Kərimli sentyabrın 30-da Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Məhəmməd Kərimli oktyabrın 6-da Neftçala rayonunda dəfn olunmuşdur.

Təltiflər

İstinadlar